BANK

Dollar dəyişmək üçün – ƏN SƏRFƏLİ BANKLAR
26 İYUL
1464

Dollar dəyişmək üçün – ƏN SƏRFƏLİ BANKLAR

2016-07-26 11:52:00

Azərbaycan bankları arasında ABŞ dollarını ən yüksək qiymətlə alan bank “Bank Standard”dır. Fins.az xəbər verir ki, bu bankda Amerika valyutası 1.5755manata alınır.

Dollar qiymətləri

Dolları ən aşağı qiymətə alan bank isə “Yapı Kredi Bank (Azərbaycan)” dır. Bu banklarda alış qiyməti 1,5252 manatdır. ABŞ dollarının ən aşağı satış qiyməti isə “Naxçıvanbank”dadır. Bu bank dolları 1,6010 manata satır. Dolları ən yüksək qiymətlə satan bank isə “Azərbaycan Sənaye Bankı”dır. Bankda satış qiyməti 1,6380 manatdır.

Avro qiymətləri

Avronu ən baha “Bank Silk Vey” alır– 1,7300manata. Avronun ən ucuz götürüldüyü bank “Bank Respublika”dır 1.6550manata. Avronu ən ucuz “Unibank”satır – 1,7450manata. Avronun ən baha satıldığı banklar isə  “Bank of Baku”, “AGBank” və “Azərbaycan Sənaye Bankı” dır – 1,8030  manata.

 

Banklarda dollar və avronun alış-satış qiymətləri ilə buradan tanış ola bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272