BANK

Bu bank hesabatını - AÇIQLADI
26 İYUL
572

Bu bank hesabatını - AÇIQLADI

2016-07-26 10:58:00
Bu ilin ikinci rübünün hesabatlarına əsasən, Azər-Türk Bankın xalis mənfəəti 8,900,960 AZN təşkil edib. Bankın cəmi aktivlər ikinci rübdə 880,864,285 AZN-ə düşüb. Halbu ki, bu ilin birinci rübünün nəticələrinə görə bankın aktivləri 1,233,745 min AZN təşkil edirdi. Hesablama aparsaq azalma təxminən 28% - 352 milyon AZN təşkil edir. Cari hesabat dövründə Azər-Türk Bankın  müştəri hesabları 725,041,158 AZN, cəmi öhdəliklər isə 99,052,778 AZN olub.
 
Bank stabil olaraq minimum nizamnamə tələbini ödəyərək, 50 milyon AZN-lik nizamnamə kapitalına malikdir. Statistkaya əsasən, əldə edilmiş mənfəətin məbləği  6,209,367, faiz gəlirləri 10,990,391, qeyri-faiz gəliri isə 14,645,039 AZN olub. Bankın toplam kapitalı isə 56,209,367 AZN səviyyəsində qeydə alınıb. 
 
Xatırladaq ki,  "Bank Standart"ın sağlamlaşdırılması üçün tədbirlər Azər-Türk Banka həvalə olunub. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274