BANK

NBC Bank 2015-in hesabatını verdi
25 İYUL
324

NBC Bank 2015-in hesabatını verdi

2016-07-25 19:24:00

“Marja” "NBC Bank" ASC-nin maliyyə hesabatlarına istinadən xəbər verir ki, ötən il Bankın faiz gəlirləri 18 milyon 507 min manat, faiz xərcləri isə 8 milyon 252 min manat təşkil edib. Bank 10 milyon 254 min manatlıq xalis faiz gəlirindən 1 milyon 901 min manatını kreditlər üzrə ehtiyatlara ayırıb.

“NBC Bank”, qeyri-faiz gəlirləri üzrə, xarici valyuta ilə aparılan əməliyyatlarda 19 milyon 893 min manat zərər edib və bu zərər bankın xalis faiz gəlirini tamamilə silib. Digər inzibati xərclər çıxıldıqdan sonra Bankın 14 milyon 352 min manat zərər zərəri yaranıb.

“NBC Bank” 2014-cü ildə 939 min manat xalis mənfəət əldə etmişdi. 

31 Dekabr 2014-cü il tarixinə “NBC Bank”ın cəmi aktivləri 164,7 milyon manat, cəmi öhdəlikləri 129,33 milyon manat, cəmi kapitalı isə 35,37 milyon manat təşkil edib.

 

Mənbə: Marja.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270