BANK

Banklarda dolların satış qiyməti – YENİ HƏDDƏ ÇATIB
25 İYUL
3565

Banklarda dolların satış qiyməti – YENİ HƏDDƏ ÇATIB

2016-07-25 13:09:00

Banklarda dolların satışı yeni həddə çatıb. Fins.az xəbər verir ki, artıq dolları heç bir bankda 1,6 AZN-dən ucuz almaq mümkün deyil.

Hazırda “Azərbaycan Beynəlxalq Bankı” və “Kapital Bank” dolları 1,6300 manatdan baha satır. 7 bankda (“AFB Bank”, “AGBank”, “Atabank”, “Bank Respublika”, İran Milli Bankının Bakı filialı , “Muğanbank”, və “Turanbank”) dolların satışı 1,6300 AZN həddindədir.

Yerdə qalan banklarda isə dolların satışı 1,61-1,63 AZN arasında dəyişir. Dolları ən ucuz satan banklar isə “Bank of Baku” və “Naxçıvanbank”dır. Bu banklarda dolların satışı müvafiq olaraq, 1,6060 və 1,6010 həddindədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272