BANK

"Finex Group"a daxil olan şirkətlərin səhmdarları toplanır
23 İYUL
235

"Finex Group"a daxil olan şirkətlərin səhmdarları toplanır

2016-07-23 12:07:00

Avqustun 22-də "Finex Group"a daxil olan iki şirkətin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. Fins.az  report-a istinadən xəbər verir ki, söhbət "Finanslizinq" ASC və "Finex Kredit" bank olmayan kredit təşkilatıdan gedir.

Yığıncaqlar şirkətlərin baş ofisinin yerləşdiyi Bakı şəhəri, Süleyman Rüstəm küçəsi,11 ünvanında baş tutacaq. Səhmdarlar maliyyə qurumlarının fəaliyyəti ilə bağlı məsələləri müzakirə edəcək.

Xatırladaq ki, "Finanslizinq" 2007-ci ilin may ayından fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 1,2 mln. manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 1 000 manat olan 1 000 adi və 200 imtiyazlı səhm əsasında formalaşıb. Səhmlər 14 fiziki şəxsə, o cümlədən 19%-i Tokay Murad oğlu Şıxəlizadəyə, 13,1%-i Murğuz Elşən oğlu Tağıyeva, 12%-i Ramiz İbrahim oğlu İbrahimova, 12,7%-i Azad Malik oğlu Cavadova, 10%-i Mobil Famil oğlu Şərifova məxsusdur.

"Finex Kredit" isə 2013-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 0,5 mln. manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 100 manat olan 5 000 səhm əsasında formalaşıb. Səhmlərin 88%-i "Finanslizinq"ə, qalan 12%-i isə iki fiziki şəxsə məxsusdur.

**********************

"FinEx Kredit" BOKT ASC SƏHMDARLARININ NƏZƏRİNƏ!

22 avqust 2016-cı il saat 10.00-da səhmdarların növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir.

Gündəlikdəki məsələ:

1.Cəmiyyətin fəaliyyəti ilə bağlı məsələlərin müzakirəsi.

Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi 11.

***********************

“FinansLizinq” ASC SƏHMDARLARININ NƏZƏRİNƏ!

22 avqust 2016-cı il saat 10. 00-da səhmdarların növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir.

Gündəlikdəki məsələ:

1. Cəmiyyətin fəaliyyəti ilə bağlı məsələlərin müzakirəsi.

Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi 11.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275