BANK

Bağlanan bankların qiymətli kağızlarının satışı - DAYANDIRILDI
22 İYUL
675

Bağlanan bankların qiymətli kağızlarının satışı - DAYANDIRILDI

2016-07-22 19:26:00

 

Bağlanan bankların qiymətli kağızlarının satışı - DAYANDIRILDI 

 Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının 21 iyul 2016-cı il tarixli qərarına əsasən “Dekabank” ASC-nin və “Parabank” ASC-nin bank lisenziyaları ləğv edildiyindən, BFB-nin listinq qaydalarına uyğun olaraq, listinq komitəsinin qərarı ilə sözü gedən emitentlərin Bakı Fond Birjasında listinqdə olan aşağıdakı qiymətli kağızlarının delistinq edilməsi qərara alınmışdır:

Döv. Qeyd. nömrəsi

Q/k növü və forması

Emitent

Bazar seqmenti

1

AZ1005005397

adi, adlı səhm

“Dekabank” ASC

alternativ

2

AZ1001003800

adi, adlı səhm

“Parabank” ASC

alternativ

3

AZ2003003806

faizli, təmin edilməmiş, adlı istiqraz

“Parabank” ASC

alternativ

4

AZ2004003805

faizli, təmin edilməmiş, adlı istiqraz

“Parabank” ASC

alternativ

5

AZ2005003804

faizli, təmin edilməmiş, adlı istiqraz

“Parabank” ASC

alternativ

 BFB-nin lisitinq qaydalarına əsasən, delistinq qərarı bu qərarın açıqlanmasından iki ay sonra qüvvəyə minir.

Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müvafiq qərarı ilə lisenziyaları dayandırılmış “Kredobank” ASC və “Zaminbank” ASC-nin qiymətli kağızları BFB-də listinqdə mövcud deyildir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275