BANK

Ödəniş kartlarının istifadəsi üzrə risklər müzakirə olundu
22 İYUL
310

Ödəniş kartlarının istifadəsi üzrə risklər müzakirə olundu

2016-07-22 17:37:00
Mərkəzi Bank, Maliyyə Bazarlarına Nəzarət Palatası və Azərbaycan Banklar Assosiasiyası birlikdə ölkədə ödəniş kartlarının istifadəsi üzrə riskləri müzakirə ediblər. Palatadan fins.az-a verilən məlumata görə, tədbirdə bu sahədə fırıldaqçılığa qarşı effektiv mübarizə metodları müzakirə edilib. 
 
Bildiriblər ki, tədbirdə ödəniş kartları üzrə iri emitent və ekvayer şəbəkələrinə malik kommersiya banklarının nümayəndələri, Banklar Assosiasiyasının nəzdində fəaliyyət göstərən “Ödəniş sistemləri və alternativ xidmət kanalları üzrə ekspert Qrupu”nun və “İT üzrə ekspert Qrupu”nun mütəxəssisləri iştirak ediblər. 
 
Tədbirdə dələduzlar tərəfindən ən son texnologiyalardan istifadə etməklə aparılan fırıldaqçılıq əməliyyatları, bankomat və digər ödəniş vasitələrinə qeyri-qanuni müdaxilələr və bunun qarşısının alınması üçün tətbiq edilən preventiv tədbirlər üzrə məlumatlar dinlənilib. 
Bütün banklarda bu sahə üzrə əhatəli, proaktiv və çevik riskləri idarəetmə sisteminin olmasının zəruriliyi diqqətə çatdırılıb. 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274