BANK

"Nikoil Bank"ın rəhbəri dəyişdi
22 İYUL
1545

"Nikoil Bank"ın rəhbəri dəyişdi

2016-07-22 14:07:00

Nikoloz Şurgaia "Nikoil Bank"ın idarə heyətinə sədr təyin edilib. Bu barədə bu gün bankın mətbuat xidmətindən rəsmi açıqlamada bildirilmişdir. O, bu vəzifədə2005-ci ildən bankın idarə heyətinin sədrivəzifəsində çalışan Vasiliy Viktoroviç Xamazanıəvəz etmişdir.

Nikoloz Azərbaycan, Belarus, Gürcüstan, Rusiya və Böyük Britaniyada maliyyə sektorunda 20 illik təcrübəsi olanpeşəkar bankirdir. Hazırda o, Belarus və Gürcüstanda bir neçə bankın vəGürcüstan Fond Birjasının müşahidə şuralarının üzvüdür. Cənab Nikoloz London Biznes Məktəbi, eləcə də Tbilisi Dövlət Universitetinin məzunudur.

Rəhbərlik dəyişikliyi bankın Azərbaycanda biznes qurumları və fərdi şəxslərə müasir keyfiyyətli maliyyə xidmətlərini təqdim edən etibarlı bir tərəfdaşa transformasiya prosesini sürətləndirməmlə izah olunur. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271