BANK

"Qalan banklarda vəziyyət stabildir"-PALATADAN AÇIQLAMA
22 İYUL
680

"Qalan banklarda vəziyyət stabildir"-PALATADAN AÇIQLAMA

2016-07-22 13:11:00

Bağlanan banklardan başqa digər bütün banklarda vəziyyət stabildir. Bu barədə fins.az-a Maliyyə Bazarlarına Nəzarət Palatasından iqtisadçı-ekspert Vüqar Bayramovun ölkədə daha bir neçə bankın bağlanacağı ilə bağlı açıqlamasını şərh edərkən bildiriblər.

Xatırladaq ki, V.Bayramov bu gün 4 bankın – “Dekabank” ASC, “Kredobank” ASC, “Parabank” ASC və “Zaminbank” ASC-nin lisenziyalarının ləğv edilməsiylə bağlı məsələni şərh edərkən bildirib ki, ölkədə daha bir neçə bankın bağlanması gözlənilir: «Təbii ki, bunlar bağlanan sonuncu banklar olmayacaqlar.Neft bumu dövründə yüksək faizlərlə böyük gəlirlər qazanan “ərköyün banklar” post-neft dövrünə hazır ola bilmədilər. Təəssüf ki, öz funksiyalarını tam yerinə yetirməyən, amma lisenziyası geri alınmayan bankların sayı heç də az deyil»-deyə iqtisadçı bildirmişdi.

Maliyyə Bazarlarına Nəzarət Palatasında isə vəziyyətin fərqli olduğunu, digər banklarla bağlı təhlükənin olmadığını bildirirlər: "Bugünkü mətbuat konfransında Palatanın Direktorlar Şurasının sədri Rüfət Aslanlının da qeyd etdiyi kimi, lisenziyası ləşğv olunan banklar xaric digər bütün banklarda vəziyyət stabildir və bizim nəzarətimiz altındadır.

Beynəlqxalq Bank və Standard Bankın sağlamlaşdırılması prosesi gedir. Əhalinin digər banklardakı duruma dair narahatçılığına əsas yoxdur. Əmanətləri sığortalanmış vətəndaşlarımıza bildirmək istəyirik ki, dövlət bu əmanətlərin arxasında dayanmışdır".

Qeyd edək ki, Palatanın qərarına əsasən “Dekabank” ASC, “Kredobank” ASC, “Parabank” ASC və “Zaminbank” ASC-nin bank lisenziyaları ləğv edilib . Buna səbəb bankların aktivlərini qanunvericiliklə tələb olunan qaydada təsnifləşdirməmələri, mümkün zərərlər üzrə adekvat ehtiyatlar yaratmamaları, məcmu kapitalın minimum məbləği tələbinə əməl etməmələri təhrif edilmiş hesabatları təqdim etmələri, bütövlükdə cari fəaliyyətlərini etibarlı və prudensial qaydada idarə etməmələri, eləcə də nəzarət orqanının verdiyi yazılı göstərişləri yerinə yetirməmələridir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271