BANK

Bankların bağlanması qərarını Palata təkbaşına verməyib
22 İYUL
1175

Bankların bağlanması qərarını Palata təkbaşına verməyib

2016-07-22 10:44:00

Dörd bankın lisenziyalarının ləğv edilməsi ilə bağlı qərar yalnız Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasına aid deyil. 

Fins.az xəbər verir ki, bu barədə MBNP-nin Direktorlar Şurasının sədri Rüfət Aslanlı bu gün keçirdiyi mətbuat konfransında deyib. 

"Ümumiyyətlə, bu bankların bağlanması ilə bağlı qərar yalnız Palataya aid deyil. Maliyyə Nazirliyi və Mərkəzi Bank da bu qərarın qəbul olunmasında iştirak edib", - deyə sədr qeyd edib. 

Xatırladaq ki, MBNP-nin Direktorlar Şurasının 21 iyul 2016-cı il tarixli qərarına əsasən  "Dekabank" ASC, "Kredobank" ASC, "Parabank" ASC və "Zaminbank" ASC bankların lisenziyası ləğv olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274