BANK

Bağlanmış banklarda nə qədər əmanət var?
22 İYUL
635

Bağlanmış banklarda nə qədər əmanət var?

2016-07-22 10:40:00

Lisenziyaları ləğv edilmiş “Dekabank” ASC, “Kredobank” ASC, “Parabank” ASC və “Zaminbank” ASC-də qorunan əmanətlərin məbləği 140  milyon 300 min manatdır.

Fins.az-ın məlumatına görə, bunu keçirilmiş mətbuat konfransında Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri Rüfət Aslanlı bildirib.

Banklarda 40700 əmanət hesabı mövcuddur.

Qeyd edək ki, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının 21 iyul 2016-cı il tarixli qərarına əsasən “Dekabank” ASC, “Kredobank” ASC, “Parabank” ASC və “Zaminbank” ASC-nin bank lisenziyaları ləğv edilmişdir.  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275