BANK

Mənfəəti 10 dəfə azalan bank – HESABAT
21 İYUL
900

Mənfəəti 10 dəfə azalan bank – HESABAT

2016-07-21 15:29:00

“Muğanbank” ASC 2015-ci ili 444 min manatlıq mənfəətlə başa vurub. Bu barədə fins.az bankın yaydığı hesabata istinadən xəbər verir. 2014-cü illə müqayisədə bankın mənfəəti 4 mln. 254 min manat azalıb.

Bankın cəmi aktivləri 141 mln. 474 min manat və ya 25,07% artaraq, 564 mln. 331 min manat təşkil edib. Bankın kredit portfeli isə bir il ərzində 91 mln. 729 min manat və ya 24,11% artaraq, 380 mln. 392 min manata bərabər olub.

Hesabat dövründə “Muğanbank” ASC-nin cəmi öhdəlikləri 141 mln. 30 min manat, başqa sözlə 27,56% artaraq, 511 mln. 635 min manat təşkil edib. Depozit portfeli isə 2014-cü illə müqayisədə, 76 mln. 153 min manat və ya 29,58% artaraq, 257 mln 470 min manat təşkil edib.

Bankın cəmi kapitalı isə 52 mln. 696 min manat təşkil edib. Bu göstərici 2014-cü illə müqayisədə 444 min manat azdır.

Hesabat dövründə bankın xalis faiz gəliri 5 mln 927 min manat artaraq, 23 mln. 585 min manat təşkil edib. Bank qeyri-faiz əməliyyatlarından əldə etdiyi gəlir isə, 8 mln. 844 min manat azalaraq, 752 min manat təşkil edib. Bankın əməliyyat mənfəəti isə 2 mln 917 min manat azalaraq, 24 mln. 337 min manata bərabər olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275