BANK

Mərkəzi Bank İrana kredit verəcək
20 İYUL
394

Mərkəzi Bank İrana kredit verəcək

2016-07-20 11:20:00

“Azərbaycan Mərkəzi Bankının İrana 500 milyon dollarlıq kredit verməsi məsələsi müzakirə edilir.”

Fins.az SalamNews-a istinadən xəbər verir ki, bunu açıqlamasında İranın Azərbaycandakı səfiri Mohsen Pak-Ayin bildirib.

O, məsələ ilə əlaqədar işçi qrupun yaradıldığını söyləyib: “Bununla əlaqədar yaradılmış işçi qrupun vəzifəsi sözügedən məbləğin necə və nə vaxt yatırılmasına dair müzakirələr aparmaqdır. Müzakirələr barədə elan ediləcək.”

Səfir işçi qrupun gələn həftə Azərbaycana səfər edəcəyini də əlavə edib.

Qeyd edək ki, Azərbaycan-İran Müştərək komissiyası Rəşt-Astara dəmiryol xəttinin çəkilməsi üçün Azərbaycan Mərkəzi Bankı tərəfindən İran tərəfinə 500 milyon dollar verilməsi və onun şərtlərini müzakirə edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275