BANK

Bu bankın nizamnamə kapitalı artdı
20 İYUL
419

Bu bankın nizamnamə kapitalı artdı

2016-07-20 09:32:00

Parabank Bakı Fond Birjasında 15 milyon manatlıq səhm yerləşdirib. Hər birinin nominal dəyəri 200 manatdan 15 milyon manat dəyərində 75 min ədəd adi adlı sənədsiz səhmin buraxılması və bu üsulla bankın nizamnamə kapitalının artırılması qərara alınıb.

Son səhm buraxılışı "Parabank"ın dövriyyədə olan adi səhmlərinin sayını 221 minə, nizamnamə kapitalını isə 53,2 milyon manata çatdırıb. Kapitalın bir hissəsi (9,6 milyon manat) imtiyazlı səhmlərdir.

Qeyd edək ki, "Parabank" ASC-nin, yarısı Bakıda olmaqla, 16 filialı fəaliyyət göstərir. Bankın 20-dək səhmdarı var.

 
 
 
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275