BANK

Bank maliyyə vəziyyətini - AÇIQLADI
19 İYUL
747

Bank maliyyə vəziyyətini - AÇIQLADI

2016-07-19 15:12:00

Azərbaycan Sənaye Bankı bu ilin altı ayı üzrə hesabatın açıqlayıb. Hesabata əsasən, bankın ümumi kredit portfeli 223,103.66 min AZN təşkil edib. Vaxtı keçmiş kreditlərin məbləği 7,778.11 min AZN olub. Bu isə kredit portfelinin 3.49 faizini təşkil edir.

Fins.az bildirir ki, ən çox vaxtı keçmiş kredit ticarət və xidmət sahəsindədir - 4,336.51 min AZN.  Problemli kreditlər sırasında fiziki şəxslərin istehlak kreditləri ikinci pillədədir. Bu, 2,836.02 min AZN təşkil edib. Kənd təsərrüfatına verilmiş 415.08 min AZN də vaxtı keçmiş kreditlərin siyahısındadır. Sənaye sahələri üzrə  190.50 min AZN kredit vaxtında  qaytarılmayıb. 

Problemli kreditlərin risksiz idarə edilməsi üçün yaradılan adi və məqsədli ehtiyatların məbləği də açıqlanıb. Adi ehtiyatlar 616.37 min AZN, məqsədli ehtiyatlar 7,094.06 min AZN olub.

Bu ilin altı ayında bankın depozit portfeli isə 366,743 min AZN təşkil edib. Ötən ilin eyni dövründə bu rəqəm 271455,64 min AZN olub. Portfeldə fiziki şəxslərin müddətli depozitləri bu ilin 2-ci rübünə 281301 min AZN olub. Ötən ilin müvafiq dövründə isə 137 098,05 min AZN idi. Bankın bu sahədə digər həmkarlarından fərqli olaraq irəliləməsi v müsbəıt dinamika göstərməsi nəzərə çarpır.

Qeyd edək ki, bankın aktivləri 632158 min AZN, məcmu kapitalı isə 81,120.66 AZN

 təşkil edib. Nizamnamə kapitalı 60 milyon AZN-dir. Bankın faiz gəlirləri 9320 min AZN,  kreditlər üzrə faizlər 5,288 min AZN olub.  Xalis faiz mənfəəti  5,232.02  min AZN əks etdirib.

ASB-nin vergilər ödənilənədək xalis mənfəəti  5,494.49 min AZN, mənfəətdən ödənilən vergilər  isə 972.40 min AZN olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275