BANK

"Bank Melli İran" Bakı filialı da zərər edib
19 İYUL
158

"Bank Melli İran" Bakı filialı da zərər edib

2016-07-19 15:09:00

"Bank Melli İran" Bakı filialının aktivləri illik 17,7% artaraq cari il iyulun 1-nə 99 milyon 821 mim 958,42 manata yüksəlib.

Fins.az-ın "Report"-a istinadən məlumatına görə, ilin əvvəli ilə müqayisədə isə aktivlərdə 1,04% azalma qeydə alınıb. Müştərilərə verilmiş kreditlər illik 19,5% artaraq 9 648 495,12 manata çatıb.

Bankın nizamnamə kapitalı dəyişməz qalaraq cari il iyulun 1-nə 51 milyon 433 min 671,44 manat təşkil edib. Yığılmış zərər də ötən ilin eyni dövrü ilə müqayisədə 23,2% artaraq 326 min 871,73 manatdan 402 min 632,52 manata yüksəlib.

Bank cari ilin birinci yarımilində bankın xalis zərəri 125 min 289,85 manat təşkil edib. Ötən ilin müvafiq dövründə isə bank 505 min 386,67 manat xalis mənfəət əldə edib. 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275