BANK

2016-cı ilin ikinci rübündə də zərərə düşüb – BANK HESABATI
18 İYUL
474

2016-cı ilin ikinci rübündə də zərərə düşüb – BANK HESABATI

2016-07-18 17:27:00

«Turanbank» ASC 2016-cı ilin ikinci rübü üzrə 560 min manatlıq zərərə düşüb. Fins. az bu barədə bankın yaydığı maliyyə hesababtın istinadən xəbər verir. Cari ilin birinci rübündə isə bank daha böyük 1 mln. 266 min manatlıq zərər etmişdi.Bununla da, bankın ilk yarım il ərzində zərəri  1 826 min manat təşkil edib. 

2-ci rübdə bankın cəmi aktivləri 223 mln. 610 min manat və ya 46,89% artaraq, 476 mln. 885 min manat olub.  Bankın kredit portfeli isə  268 mln 819 min manat təşkil edib ki, bu da 2016-cı ilin birinci rübü ilə müqayisədə 170 mln. 503 min manat və ya 63,43% çoxdur. 

«Turanbank»ın cəmi öhdəlikləri isə 170 mln 446 min manat və ya 40,31% artaraq, 422 mln. 821 min manat təşkil edib.  Bankın depozit portfeli 2016-cı ilin ikinci rübü üzrə 179 mln 727 min manata bərabər olub ki, bu də cari ilin birinci rübü ilə müqayisədə, 10 mln. 663 min manat və ya 5,93% çoxdur.

Hesabat dövründə bankın cəmi kapitalı 54 mln. 63 min manat təşkil edib. Bankın xalis faiz mənfəəti  2 mln. 605 minb manat, başqa sözlə 3 dəfəyə qədər azalaraq, 1 mln. 941 min manat təşkil edib.

«Turanbank»ın xalis əməliyyat zərəri isə 446 min manat olub. Cari ilin ilk rübündə isə bu göstərici 905 min manat təşkil edirdi. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272