BANK

IFC Azərbaycan banklarına məsləhət verəcək
18 İYUL
216

IFC Azərbaycan banklarına məsləhət verəcək

2016-07-18 14:41:00

Dünya Bankı Qrupunun üzvü olan IFC (Beynəlxalq Maliyyə Korporasiyası) Azərbaycan Bank Tədris Mərkəzi ilə tərəfdaşlıq çərçivəsində ötən ilki devalvasiya və neft qiymətlərinin hazırkı aşağı səviyyəsi şəraitində banklara risk idarəetməsi sistemlərini gücləndirməkdə və kreditləşməni davam etdirməkdə yardım edəcək.

Fins.az Banker.az-a istinadən xəbər verir ki, Beynəlxalq Maliyyə Korporasiyasından verilən məlumata görə, IFC-nin məsləhətçi qolu və Azərbaycan Bank Tədris Mərkəzi növbəti 12 ay ərzində risk idarəçiliyi, likvidlik və problemli aktivlərlə bağlı məsələlərin həlli mövzuları üzrə seriya seminarlar keçirəcəklər. Bu təşəbbüs Azərbaycanda bir çox müəssisələr üçün əsas çağırışlardan biri olan maliyyə resurslarına çıxışı genişləndirmək məqsədilə maliyyə sektorunun dayanıqlığının və maliyyə institutlarının institutsional potensialının artırılması istiqamətində səylərin tərkib hissəsidir.

2015 il ərzində manat devalvasiyasının nəticələrini və onun bank sektoruna təsirini azaltmağa çalışan ölkə üçün iqtisadi sabitlik, artım və iş yerlərinin açılması baxımından biznes, xüsusilə də kiçik və orta müəssisələr (KOM-lar) üçün maliyyə əlçatımlığının yaxşılaşdırılması olduqca önəmlidir.

“ABTM Azərbaycan banklarına post-neft dövrünə adaptasiya olunmaqda və KOM-ın maliyyələşməsi işinin yaxşılaşdırmaqda köməklik etməyi qarşısına məqsəd kimi qoymuşdur. Biz əminik ki, biz BMK ilə birlikdə bu məqsədə çatacağıq” deyə ABTM-nin direktoru Cavanşir Abdullayev bildirmişdir.

“Çətin dövrlərdə riskləri yetərincə yaxşı qiymətləndirə bilməyən banklar KOM-lara kreditlərin verilməsini dayandırmağa qərar verirlər, – deyərək IFC-nin Azərbaycan üzrə Ölkə Nümayəndəsi Aliyə Əzimova qeyd etdi. – Bu problemin öhdəsindən gəlmək üçün Beynəlxalq Maliyyə Korporasiyası və bizim yerli tərəfdaşımız olan Bank Tədris Mərkəzi riskləri idarə etməkdə və kreditlərin qaytarılmasında çətinliklər yaşayan müştərilərlə işi qurmaqda maliyyə müəssisələrinə kömək edəcəyik ki, onlar iqtisadiyyatın özəl sektorun üçün vacib olan maliyyə imkanlarını təqdim etməyə davam etsinlər.”

IFC tərəfindən icra edilən və İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) tərəfindən maliyyələşdirilən Avropa və Mərkəzi Asiyada Maliyyə Sistemlərinin Gücləndirilməsi Layihəsi çərçivəsində həyata keçirilən bu fəaliyyət KOM-lar üçün innovativ həllər təqdim etməyə, banklarda bu biznes istiqamətini genişləndirməyə və kiçik sahibkarlara verilən kreditlərin həcmini artırmağa xidmət edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275