BANK

Daha bir bank zərər açıqladı - 10 MİLYON MANAT
18 İYUL
1222

Daha bir bank zərər açıqladı - 10 MİLYON MANAT

2016-07-18 14:15:00

«Rabitəbank» ASC  2015-ci ili 9, 691 mln. manatlıq zərərlə başa vurub. Bu barədə fins.az bankın yaydığı maliyyə hesabatına istinadən xəbər verir. Bu göstərici 2014 cü illə  müqayisədə 12,92 mln. manat azdır, həmin dövr üçün bank 3,231 mln. manat olmuşdu. 

2015-ci il üzrə bankın cəmi aktivləri, 134,126 mln. manat və ya 45,25% artaraq, 430 mln. 537 min manat təşkil edib. Bankın kredit portfeli isə, 12,202 mln. manat və ya 5,60% azalıb. Hesabat dövründə bu göstərici 205 mln. 826 min manata bərabər olub. 

Hesabat dövründə «Rabitəbank»ın cəmi öhdəlikləri 389 mln. 179 min manat təşkil edib. Bu isə 2014-cü illə müqayisədə 143 mln. 919 min manat və ya 58,68% çoxdur. Depozit portfeli isə 106 mln. 442 min manat və ya 52,54% azalaraq, 309 mln. 53 min manata bərabər olub. 

Bankın cəmi kapitalı 41 mln. 358 min manat təşkil edib. Bu göstərici 2014-cü illə müqayisədə 9,793 mln. manat və ya 19,15% azdır.

«Rabitəbank» faiz əməliyyatlarından 24 mln. 972 min manat xalis gəlir əldə edib. Bu göstərici 2014-cü illə müqayisədə 177 min manat və ya 0,71% artıb. 

Bankın əməliyyat gəlirləri isə hesabat dövründə, 10 mln. 163 min manat və ya 35,93% artaraq, 38 mln. 446 min manat təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272