BANK

Azərbaycanın bank işçiləri pullarını bu sahəyə qoyurlar – YÜKSƏK GƏLİR
18 İYUL
1626

Azərbaycanın bank işçiləri pullarını bu sahəyə qoyurlar – YÜKSƏK GƏLİR

2016-07-18 11:23:00

Onlayn multi-aktivlərin ticarəti və investisiyalar üzrə ekspert sayılan "Saxo Bank" Azərbaycandan olan investorlar barədə statistik göstəriciləri dərc edib. Bankdan fins.az-a verilən məlumata görə, son 2 il ərzində “Trading Floor.com” sosial ticarət portalında Azərbaycandan olan investorların sayı 30% artıb.

İnvestorların əksəriyyəti 30-40 yaş arasındadır

Azərbaycandan olan investorların əksəriyyəti 30-40 və daha yuxarı yaş qrupuna aiddir və bank, maliyyə, neft-qaz və digər biznes obyektlərinin ölkə paytaxtında olduğundan investorların əksər hissəsi Bakıda yaşayır. 

Bank işçiləri, maliyyə direktorları və biznesmenlər

“Saxo Bank”ın Azərbaycandakı müştəriləri biznesmen, icraçı və maliyyə direktorları, fərdi investorlar, menecerlər, investisiya şirkətləri, bank işçiləri və yüksək gəlirli şəxslərdir. Müştərilərin demək olar hamısı kişilərdir. Sözügedən müştərilər kapitallarının bir hissəsini maliyyə bazarlarına yatıraraq gəlir mənbələrini diversifikasiya etməyə çalışırlar. 

Birjalara pul qoyanlar 15% artıb

Ümumilikdə, Azərbaycandan olan investorların sayı orta hesabla ildə 15% artır. Bura həm fərdi, həm korporativ, həm də neft şirkətlərində çalışan xarici investorlar daxildir.

Ticarətə 10 min avro ilə başlayırlar

Azərbaycandan olan investorların potensial maliyyə investisiya kapitalı 100 000 avrodan başlayır və 500 000 avro və daha yüksək məbləğədək çatır. “Saxo Bank”ın gənc investorlar arasında da geniş müştəri kütləsi var. Onlar əsasən maliyyə fakültələrinin məzunlarıdır və 10 min avroluq klassik hesab ilə platformanın ticarət əməliyyatlarında iştirak edirlər. 

«Bazarı yaxşı bilirlər»

“Saxo Bank”ın məlumatına əsasən, Azərbaycan treyderləri zəngin biliyə malikdirlər və maliyyə bazarları haqda hərtərəfli məlumatlıdırlar. İnvestorların əksər hissəsi MT4 ticarət platforması vasitəsi ilə “Forex”də geniş təcrübə keçiblər. Son 5 il ərzində “Saxo Bank” müştərilərinin böyük hissəsi bir neçə məhsul ilə ticarətə üstünlük verməyə başlayıb. Multifunksional “SaxoTraderGo” platforması bu sahədə müştərilərin tələbatını tam ödəyir. 

Dollarla əməliyyatlara üstünlük verilir

Valyuta ticarəti sahəsində Azərbaycandan olan investorlar əsasən EUR/USD, GBP/USD, XAU/USD valyuta cütlüklərinə üstünlük verirlər. CFD indeksləri, xüsusən də DAX indeksi, azərbaycanlı investorlar arasında xeyli populyardır. 

Neftlə ticarət edirdər

Azərbaycan bazarının neftdən asılılığı və neft qiymətlərinin son zamanlarda yüksək dəyişkənliyi ilə əlaqədar olaraq azərbaycanlı investorlar, əsasən də neft şirkətləri, hedcinq məqsədi ilə neft CFD-lər və fyuçerslərlə fəal ticarət aparır. 

Tez qazanmağa çalışırlar

“Saxo Bank”ın məlumatına əsasən, investorların 60%-i məzənnə fərqində ticarət əməliyyatları həyata keçirərək və tez mənfəət əldə etməyə çalışaraq risk etməyə üstünlük verir. Lakin investorların qalan hissəsi ABŞ birjalarında səhm və fondlarla ticarət edir. 

Birjalarla maraqlananlar 30% artıb

“Son 2 il ərzində “Trading Floor.com” sosial ticarət portalında Azərbaycandan olan investorların sayı 30% artıb. Treyderlərin bir hissəsi “Saxo Bank” analitikləri ilə müzakirələrdə fəal şəkildə iştirak edir və öz ticarət hesabını açıq saxlayır. Bundan başqa, Azərbaycandan olan investorlar treydinqin əsaslarını dərindən öyrənmək və virtual fondlar sahəsində təcrübələrini artırmaq üçün pulsuz demo-hesablarda qeydiyyatdan keçir”, - deyə “Saxo Bank”ın məlumatında qeyd olunub. 

“Saxo Bank”ın platformasından istifadə edirdər

Yalnız öz biliklərinə əsaslanaraq ticarət əməliyyatları həyata keçirmək istəməyən və maliyyə bazarının yeniliklərini diqqətlə izləməyə vaxtı olmayan treyderlər bu yaxınlarda istifadəyə verilmiş və bank tərəfindən seçilmiş tam avtomatlaşdırılmış məsləhətli strategiyalara yol açan platformadan fəal şəkildə yararlanırlar. Sözügedən strategiyalar müxtəlif səhm və investisiya növləri haqda məlumat verir və ümumi investisiya portfelini diversifikasiya etməyə imkan yaradır.

“Saxo Bank” haqqında:

“Saxo Bank” özəl investor və korporativ müştərilərə ticarət üçün xidmətlər və investisiya strategiyasının tam spektrini təklif edən və multi-aktivlərin və investisiyaların online ticarəti ilə məşğul olan aparıcı peşəkar təşkilatdır. Onun TradingFloor.com

maliyyə ictimai portalı multi-aktivlərin online ticarəti üçün ilk sosial platformadır. Avropada tam lisenziyaya malik olan ”Saxo Bank” müştərilərinə kompüter, planşet və smartfonlarda vahid akkauntla 20 dildə əlçatan olan və mükafata layiq görülmüş ” SaxoTrader” platforması vasitəsilə FX, CFDs, ETFs, ”Stocks”, ”Futures”, ”Options” və s. platformalarda ticarət aparmaq imkanını yaradır. Sözügedən platformanı dünya üzrə 100-dən çox maliyyə təşkilatı bəyənib. ”Saxo Bank” ənənəvi bank xidmətləri ilə yanaşı, ”Saxo Privatbank” vasitəsilə peşəkar portfolio və pul vasitələri menecmentini dətəklif edir. 1992-ci ildə təsis edilmiş “Saxo Bank”ın baş ofisi Kopenhagendə yerləşir. Bundan başqa, bankın Avropa, Asiya, Yaxın Şərq, Latın Amerikası, Afrika və Avstraliya da daxil olmaqla 26-dan çox ölkədə ofisləri fəaliyyət göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270