BANK

Bu bankın işçiləri 2 dəfəyə yaxın artıb
18 İYUL
1328

Bu bankın işçiləri 2 dəfəyə yaxın artıb

2016-07-18 08:24:00

2015-ci il ərzində “Azər Türk Bank” ASC-nin işçilərinin sayı 2 dəfəyə yaxın artıb. Fins.az xəbər verir ki, 2015-ci ilin əvvəlində cəmi 167 nəfər işçiyə malik olan “Azər Türk Bank”, ilin sonunda 313 nəfər üçün iş yeri təmin edib. 2015-ci ildə “Azər Türk Bank”ın 1 saylı şöbəsi və “Yasamal” filialı açılmışdır. İl ərzində Bankın ləğv edilmiş filialı yoxdur.

Eləcə də bax: Bankirlər nə qədər qazanır? – 20 MİN MANATA ÇATAN MAAŞLAR VƏ PAKETLƏR

Qeyd edək ki, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin “Azər Türk Bank”ın nizamanmə kapitalında 75% payı var. Digər payçılar “T.C.Ziraat Bankası A.Ş” (12,37%), “AzRe Təkrarsığorta” ASC (6,5%), “Qala Həyat” Sığorta Şirkəti (5%) və “Ziraat Bank İnternational A.G” dir (1.08%).

Mənbə: "Marja"

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275