BANK

İpoteka kreditləri kimlərə verilir? - SİYAHI
15 İYUL
1009

İpoteka kreditləri kimlərə verilir? - SİYAHI

2016-07-15 17:53:00

İpoteka Fondu borcalanların iş yerinə görə pay bölgüsünü də açıqlayıb. Fonddan fins.az-a verilən xəbərə görə, ipoteka kreditləri alanlar əsasən, bank və sığorta işçiləridir. Kreditlərin 21, 8 faizi onların payına düşür.

Siyahıda 2-ci yerdə hərbiçilərdir. Onlar ipoteka kreditlərinin 22,3 faizini alıblar. Kreditlərin 12,6 faizi energetiklərin, 9 faizi hüquq-mühafizə orqanları əməkdaşlarının, 4,6 faizi dövlət qurumları əməkdaşlarının, 3,5 faizi rabitəçilərin, 2,5 faizi təhsil, 1,8 faiz, tikinti, 1,7 faizi səhiyyə, 1,5 faizi nəqliyyat, 18 faizi isə digər sahələrin payına düşür.

Aylıq gəliri nə qədər olmalıdı?

İpoteka krediti almaq üçün aylıq maaşınız 900 manatdan yüksək olmalıdır. İpoteka Fondunun iyulun 1-dək açıqladığı statistikaya əsasən, kredit alanların 42 faizi aylıq gəliri 1100 manatdan artıq olan şəxslərdir. 20,9 faizinin gəliri 700-900 manat, 17,7 faizini isə 900-1100 manat olan lar təşkil edir.

İpoteka krediti alanların 14,6 faizinin gəlirləri aylıq 500-700, cəmi 4 faizi isə 500 manatdan aşağı olanlardır.

Şəhid ailələri güzəştli kreditlərdən çox uzaqdadılar

Güzəştli şərtlərə kredit alanların böyük əksəriyyətini hərbçilər təşkil edir.

Hərbçilər - 78,4 faiz,

Məcburi köçkünlər - 8,2 fazi

Dövlət qulluqcusu - 9, 4 faiz

Elmlər namizədi - 1,8 faiz

İdmançılar – 1,7 faiz

Şəhid ailələri - 0,3 fazi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272