BANK

Dollar kəskin bahalaşmayacaq - PROQNOZ
15 İYUL
7203

Dollar kəskin bahalaşmayacaq - PROQNOZ

2016-07-15 15:53:00

“Mərkəzi Bank dolların 1.50 AZN-dən aşağı düşməsində maraqlı deyil” bunu fins.az-a açqlamasında iqtisadçı ekspert - Samir Əliyev deyib.

Yay aylarında manatın dollara qarşı məzənnəsi kəskin düşməyəcək. Payız aylarına qədər dolların məzənnəsi 1.65 AZN-lik həddi keçməyəcək.  Yəni, dollar dəhlizi 1.50-1.65 AZN civarında dəyişəcək.

Dollar niyə bahalaşdı?

Dolların bahalaşmasına səbəblərdən biri də turizm mövsümüdür. S.Əliyev hesab edir ki, xaricdə istirahətə üstünlük verən ölkə vətəndaşlarına xarici valyuta lazım olur. Ona görə də dollar və avronun  ölkə xaricinə çıxarılması bir qədər artıb, bunu isə rəsmi valyuta axını adlandırmaq olar. Digər səbəblərdən biri isə bankların xarici banklara borc öhdəlikləri ilə bağlıdır. Banklar borclarını qaytarmaq üçün dollara böyük tələb yarandı. Həmçinin “Brexit hadisəsi” də uzunmüddətli olmasa da , bazarda dollara tələbi artırdı. Demək olar ki, bütün valyutalar dollara qarşı ucuzlaşmağa başladılar.

Ekspert hesab edir ki, Mərkəzi Bankın fevral ayından sonra ilk dəfə valyuta hərracında iştirak edərək banklara 100 mln. dollar satışını həyata keçirməsi də təklifin 4 dəfə artdığını göstərir. Halbu ki, aprel-may aylarında manatın kəskin bahalaşmasının qarşısını almaq üçün bazardan 200 mln. dollar vəsait almışdı.

S.Əliyev: “Mərkəzi Bank son dəfə fevral ayında bazarda iştirak edərək dollar satmışdı.  Bu günə qədər isə banklara dolları yalnız Dövlət Neft Fondu satırdı”.

Manatın ucuzlaşmasını şərtləndirən amillər aşağıdakılardır:

•  Neftin qiyməti

• Tədiyyə balansının vəziyyəti

• FED-in uçot dərəcəsini qaldırmaqla bağlı gözlənilən qərarı

• Ölkədən xaricə kapital axının səviyyəsi

• Büdcənin icra vəziyyəti 

Qeyd edək ki, ötən ay milli valyutamızın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,52 manata, 1 avroya nisbətdə 1,70 manata, 100 Rusiya rubluna nisbətdə 2,32 manata bərabər olub.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə dolların orta məzənnəsi 44,76%, avronun 44,07%, rublun isə 20,8% yüksəlib.
 May ayı ilə müqayisədə isə iyunda dolların orta məzənnəsi 1,33%, rublun isə 1,75% möhkəmlənib. Mayla müqayisədə avronun orta məzənnəsi iyunda dəyişməyib.

Manatın ikinci dəfə devalvasiyaya uğradığı 2015-ci ilin dekabr ayında milli valyutamızın dollara nisbətdə orta məzənnəsi 1,23 manata, avroya 1,34 manata, rubla isə 1,76 manata bərabər olub. Beləliklə, həmin ayla müqayisədə dollar manata qarşı 23,58%, avro 26,86%, rubl isə 31,82% bahalaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272