“Bank Respublika”ASC-nin səhmdarları kapitalın artırılmasına qərar verib. Bu gün, 15 İyul 2016-cı il tarixində, Bank Respublika ASC-nin Baş ofisində səhmdarların ümumi yığıncağı keçirilib.
Bankdan fins.az-a verilən məlumata görə, Almaniyanın iki nəhəng maliyyə təşkilatı olan DEG (Deutsche Investitions- und Entwicklungsgesellschaft) İnvestisiya və Sparkassen International Development Trust şirkətləri daxil olmaqla, Bank Respublika-nın səhmdarları nizamnamə kapitalının 20 milyon manat məbləğində artırılmasına qərar verdilər.
"Bu addım bankın dayanıqlı inkişafını təmin etmək və kreditləşdirmə imkanlarını artırmaq məqsədini daşıyır"-deyə bankdan bildirilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır