BANK

Banklar bu ay 400 milyon dollar alıblar
15 İYUL
279

Banklar bu ay 400 milyon dollar alıblar

2016-07-15 14:15:00

Son 16 gün ərzində banklar Mərkəzi Bankın keçirdiyi hərraclarda 450 milyon dollar, bu ay isə 400 milyon dollar alıblar.

Fins.az "Marja"-ya istinadən xəbər verir ki, 30 İyun 2016-cı il tarixində Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 50 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarılmış və 29 banka satılmışdır.  

05 İyul 2016-cı il tarixində Neft Fondu tərəfindən 50 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarılmış və 29 banka satılmışdır.

08 İyul 2016-cı il tarixində Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 50 milyon ABŞ dolları məbləğində vəsait Mərkəzi Bank tərəfindən keçirilən hərraca çıxarılmış və 29 banka satılmışdır.  

12 iyul 2016-cı il tarixində  Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) və Mərkəzi Bank tərəfindən 200 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarılmış və 29 banka satılmışdır.  

14 İyul 2016-cı il tarixində Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) və Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən hər biri 50 milyon ABŞ dolları olmaqla, ümumilikdə 100 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarılmış və 24 banka satılmışdır.

Ehtimal olunur ki, bankların bu qədər dollar almağa sövq edən məzənnənin qalxmasıdır. Belə ki, bankların öz əmanətçiləri və kreditorları qarşısında öhdəlikləri var. USD/AZN məzənnəsi 1.50 səviyyələrinə düşən zaman banklar dollar əmanətlərini və aldıqları kreditləri daha az manat xərcləyərək dollar alaraq qaytarırdılar. Məzənnə artmağa başladıqda banklar kursun daha da qalxa biləcəyini hesab etdiklərindən dollar almağı artırdılar. Bu gün dolları almaq, sabah ilə münqayisədə daha sərfəli idi.

Son günlər USD/AZN məzənnəsi qalxsa da, banklar dolların alış və satış məzənnələrini aşağı saldılar. Əvvəlki günlərdə olduğu kimi 4% qazanmaq istəmirdilər. Banklar dolların alış qiymətini satanlar üçün sərfəsiz, satış qiymətini də alanlar üçün sərfəli etdilər. Sanki banklar dollar almaq istəmir, kassalarında olan dollardan isə canlarını qurtarmaq istəyirlər.  Əgər, dollar yenidən ucuzlaşmağa başlayarsa, bankların əllərində cəmlənən dollarların dəyərsizləşməsi ilə xeyli zərərə uğrayacaqlar. Yəqin ki, bəzi banklar bunu hiss ediblər.

Böyük ehtimalla Dolların məzənnəsi bir müddət sonra aşağı düşməyə başlayacaqdır. Bu zaman dollar almış bir çox şəxslər satış edəcəklər. Bu da Mərkəzi Banka sərf edir.

Əgər həqiqətən, dollara idxal məqsədilə Azərbaycan biznesinin təlabatı artmışsa, bu, pis haldır. Vəziyyət bu cür davam edərsə ABŞ valyutasının bir qədər də bahalaşmasını görə bilərik.  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272