BANK

Əmanəti vaxtından əvvəl çəkəndə nə baş verir? – BANKLARIN CAVABI
15 İYUL
1618

Əmanəti vaxtından əvvəl çəkəndə nə baş verir? – BANKLARIN CAVABI

2016-07-15 10:35:00

Bankda əmanətin olması yaxşıdır, onun etibarlı qorunması isə əladır. Amma bu həmişə alınmır. İqtisadi vəziyyətin və vıalyuta məzənnələrinin tez-tez dəyişməsi, təcili yaranan pul ehtiyacı və ya sadəcə əmanətin bata biləcəyi ehtimalı üzündən müştərilər bəzən pullarını bankdan vaxtından əvvəl çıxarmalı olurlar.

Azərbaycan bankları əmanətlərin vaxtından əvvəl çıxarılmasına  həvəslə yanaşmasalar da, bəzi halları çıxmaq şərtilə, ümumiyyətlə buna imkan verirlər.

Hərçənd belə olan halda əmanət faizləri tam ödənilmir, ümumiyyətlə başqa şərtlər işə düşür. Bu zaman nə baş verir?

Fins.az az əmanəti vaxtından əvvəl çıxartıqda bankların müştəriyə hansı faizləri təklif etdiyini araşdırıb. 

“AFB Bank”da

(Müddətli Əmanət) Əmanət vaxtından əvvəl çıxarıldıqda illik faiz dərəcəsi manat əmanətləri üzrə 2%, dollar əmanətləri üzrə isə 0,5% təşkil edir. 

“AGBank”da

həm manat, həm də dollar əmanətləri vaxtından əvvəl götürüldükdə heç bir faiz hesablanmır.

“Amrahbank”

«Lider»əmanətini vaxtından əvvəl tələb etdikdə faizlər aşağıdakı kimi hesablanır:

 Əmanətin müddəti

 

 

 

 Hesablanan faizlər

AZN

USD

EUR

1– 89 gün

0

0

0

90 – 179 gün

3%      

1%

1%

180 – 269 gün

4,5%

2%

1.5%

270 – 359 gün

6%

3%

2%

360 gündən yuxarı

8%

4%

3%

“Atabank”

“Universal” əmanəti vaxtından əvvəl belə götürülə bilər:

  • 3 aydan tez, lakin vaxtından əvvəl götürülərsə, heç bir faiz ödənilmir və hədiyyə edilmiş kredit və debit kartın qiyməti əmanətin əsas məbləğindən tutulur;
  • 3-6 ay arası, lakin vaxtından əvvəl götürülərsə, illik 1,5% USD/AZN və 0,5% EUR üçün hesablanır;
  • 6-12 ay arası, lakin vaxtından əvvəl götürülərsə, illik 3,5% USD/AZN və 1,0% EUR üçün hesablanır;
  • 12-24 ay arası, lakin vaxtından əvvəl götürülərsə, illik 5,0% USD/AZN və 2,0% EUR üçün hesablanır;
  • 24-36 ay arası, lakin vaxtından əvvəl götürülərsə, illik 6,0% USD/AZN üçün hesablanır;
  • 36 aydan yuxarı, lakin vaxtından əvvəl götürülərsə, illik 7,5% USD/AZN üçün hesablanır.

“Azərbaycan Beynəlxalq Bankı”ndan

əmanəti vaxtından tez götürüldükdə heç bir faiz hesablanmır.

“ASB Bank”da

Əmanət məbləği vaxtından əvvəl götürülərsə ödəniləcək illik faiz dərəcəsi 0.10% olaraq təyin edilir. 

“Azər-Türk Bank”da

faizlərin hesablanması aşağıdakı kimidir:

  • 3-9 ay arası, lakin vaxtından əvvəl götürülərsə, illik 2% AZN , USD üçün faiz hesablanmır,
  • 9-12 ay arası, lakin vaxtından əvvəl götürülərsə, illik 3% AZN və 0,5% USD üçün hesablanır;
  • 12-24 ay arası, lakin vaxtından əvvəl götürülərsə, illik 4% AZN və 1% USD üçün hesablanır;
  • 24-36 aydan yuxarı, lakin vaxtından əvvəl götürülərsə, illik 5% AZN və 1,5% USD üçün hesablanır.

“Bank Avrasiya”da

“Klassik əmanət” vaxtından əvvəl götürüldükdə:

  • əmanətin faktiki müddəti 6 aya qədər olduqda, əmanətçiyə faizlər ödənilmir
  • əmanətin faktiki müddəti 6 aydan 12 aya qədər olduqda, əmanətçiyə hesablanmış faizlərin 50%-i ödəniləcək
  • əmanətin faktiki müddəti 12 aydan çox olduqda, əmanətçiyə hesablanmış faizlərin 75%-i ödəniləcək

“Bank of Baku”da

“Dinamik Əmanət”in vaxtından əvvəl çıxarılması

- Vaxtından əvvəl çıxarılan əmanətlər və ya əmanətin azaldılan hissəsi üçün, faizlər aşağıda göstərilən düstura əsasən hesablanır: Qaytarılan məbləğə və ya azaldılan hissəyə ödənilən faizlər (bundan sonra «F») yenidən aşağıdakı düstur əsasında hesablanır: F = S * (R * (N -1) / 360) * (N - 1) / T Burada işarələr aşağıdakıları bildirir: S - əmanətin azaldılan hissəsi (əgər əmanət tam çıxarılmırsa); R - Müqavilənin faiz dərəcəsi; N - Müqavilənin bağlandığı tarixdən başlayaraq azaldılma aparılan tarixədək keçən günlərin sayı; T - əmanət müddəti günlərlə. 

“Bank Respublika”da

“Müddətli Əmanət”i vaxtından əvvəl götürülmə şərtləri

  • 90 gün və daha azdırsa – hesablanmış faizlər ödənilmir
  • 91 – 365 gündürsə – hesablanmış faizlərin 45 %-i ödənilir
  • 366 gün və daha çox – hesablanmış fazilərin 75% -i ödənilir 

“Bank VTB Azərbaycan”da

Müqaviləyə vaxtından əvvəl xitam verilməsi və “Sərfəli” əmanət hesabının bağlanması:

  • Əmanəti açdığınız müddətdən 6 ay keçmədən bağlayarsınızsa, əmanət üzrə faizlər ödənilmir
  • Əmanəti açdığınız müddətdən 6 ay sonra bağlayırsınızsa, cari müddətə hesablanmış faiz məbləğinin 50% -i ödənilir

“Caspian Development Bank”da

“Müddətli” Əmanət vaxtından əvvəl götürüldükdə  faizlər AZN ilə illik 2,0%, USD ilə illik 0%, EURO ilə 0% olaraq hesablanır. 

“Dekabank”da

Əmanətin  vaxtından əvvəl götürülmə şərtləri:

  •          Əmanətin faktiki müddəti 6 aydan az olduqda – hesablanmış faizlər ödənilmir
  •          Vaxtından əvvəl götürülmüş əmanət 3% lə hesablanır

“DəmirBank”da

“Göy” əmanəti üzrə hesablanmış faizlər aşağıdakı qayda ilə ödənilir:

Müqavilə şərtlərinə müvafiq olaraq, 180 gün və daha tez müddətdə götürüldükdə, hesablanmış faizlərin 80%-i cərimə olunur, 180 gündən sonra götürüldükdə, hesablanmış faizlərin 50%-i cərimə olunur. 

“Günaybank”da

Əmanət müqaviləsi müddəti başa çatmamış əmanətçi tərəfindən ləğv edilərsə və ya hər hansı bir şərti pozularsa,əmanət üzrə faizlər illik 3% hesablanır. 

“Kapital Bank”da

Vaxtından əvvəl çıxarılan əmanətlər üzrə faizlər AZN-də illik 2% ilə ödənilir. Xarici valyutada vaxtından əvvəl çıxarılan əmanətlər üzrə USD-də illik 1%, EUR-da faiz ödənilmir.

“Muğanbank”da

“Meqa” əmanəti üzrə müqavilə vaxtından tez pozularsa 6 aya qədər 1 %, 6 aydan sonra 2 % hesablanır. 

Nikoil Bankda

“Sabit” Əmanətinin vaxtından öncə götürülməsi:

  • 0 – 180 gün: faizin çıxarılma gününə qədər yığılmış faizlərin 20% - i
  • 180 gün və daha çox: faizin çıxarılma gününə qədər yığılmış faizlərin 50% - i

“Parabank”da

“İmkanlarımız sərhədsizdir” , əmanətçi vaxtından əvvəl əmanətin tam və ya qismən götürərsə, əmanətə 0 faiz tarifilə  hesablanır.

“Turanbank”da

“Xəzinə” əmanət növü üzrə, Manat, ABŞ dolları və AVRO-da olan əmanətlər müddətindən əvvəl götürüldükdə (24-36 ay müddət aralığında) illik 1.5%; 

“Unibank”da

İstənilən zaman, depozit məbləği vaxtından əvvəl götürülürsə, yerləşdirildiyi gündən 180 günədək faizlər belə  hesablanir:

  • AZN valyutasında

0-90 gun 0%,

91-180 gün 1%,

  •  USD valyutasında

0-30 gun 0%,

31-180 gün 1%,

Depozit məbləği vaxtdından əvvəl, lakin 180 gündən sonra götürülərsə, müştəriyə ödənilən faiz gəliri həmin günə hesablanan illik dərəcənin 40%-ni təşkil edən faiz dərəcəsi üzrə hesablanır.

Qeyd: 3, 6 və 9 aylıq manat depozitlərində depozit hesabı vaxtından əvvəl bağlanan zaman 0% ,USD və EUR valyutasında isə 1% hesablanır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272