BANK

Banklarda seyf xidməti neçəyədir? - QİYMƏTLƏR
15 İYUL
320

Banklarda seyf xidməti neçəyədir? - QİYMƏTLƏR

2016-07-15 10:20:00

Bakıda mənzillərdən külli miqdarda pul və qızıl-zinət əşyalarının oğurlandığı barədə xəbərləri tez-tez eşidirik. Hətta mənzillərdən içərisində külli miqdarda pul olan seyflər belə oğurlanır. Bundan başqa yanğın riski də var.

Yay vaxtı oğurluq hadisəsi daha tez-tez baş verir. Çünki insanlar istirahət üçün bağ evlərinə köçdüklərindən, səfalı bölgələrə və xaricə səyahət etiklərindən oğrular öz planların həyata keçirirlər.

ÜRƏYİNİZ ARXAYIN OLSUN!

Külli miqdarda pulu, qiymətli hədiyyələri, qızıl-zinət əşyalarını evinizdə saxlayaraq risk etməyin. Səyahətə çıxmadan əvvəl tədbir görün ki, həyatınızın ən gözəl tətillərindən birindən qayıtdıqda pis sürprizlərlə qarşılaşmayasınız. Pul və qiymətli əşyalarınızı bank seyflərində saxlayaraq evdən arxayın çıxa bilərsiniz.

AZƏRBAYCANDA SEYF İCARƏYƏ GÖTÜRMƏYİN QİYMƏTİ 

Azərbaycanda banklardakı seyflərin illik icarə haqqı 90 manatdan  başlayır, 5000 manata qədər çıxır. Qiymətlər seyfin kiçik, orta və iri olmasından asılıdır. Adətən ən kiçik seyf 6 sm х 29 sm х 47 sm ölçüsündə olur. Bir sıra banklarda kiçik seyfin ölçüsü 10 sm x 32,6 sm x 42 sm-dən başlayır. Əlbəttə siz bankları araşdıraraq daha münasib qiymətə daha böyük seyf tapa bilərsiniz.

Siz kiçik seyfləri təxminən A4 kağızı böyüklükdə bir seyf olduğunu təsəvvür edə bilərsiniz.

Seyfi aylıq da icarəyə götürmək mümkündür. Aylıq seyf icarəsi qiymətləri 10 manatdan başlayır və 200 manata qədər çıxır. Təbii ki, aylıq ödəniş etmək illik ödəniş ilə müqayisədə daha bahalıdır.

Əgər Siz seyf icarəsi üçün banklara müraciət etsəniz əksər bankdan kiçik seyf icarəsi üçün illik 120 manatdan aşağı qiymət almayacaqsınız. Kiçik seyf icarəsi üçün illik 400-1000 manat civarında xidmət haqqı tələb edən banklar da var.

ƏN SƏRFƏLİ QİYMƏT BU BANKDADIR

Araşdırmamız nəticəsində məlum oldu ki, hazırda Azərbaycan bankları arasında seyf icarəsi üçün ən sərfəli qiymətləri “Bank BTB” təklif edir. Belə ki, “Bank BTB” fərdi bank seyflərinin icarəsi üzrə yeni kampaniyaya start verib. Kampaniya ilə aylıq icarə haqları kəskin aşağı salınıb, üstəlik icarə haqqını 3-12 aylıq müddətdə əvvəlcədən ödəniş edənlərə endirim tətbiq olunur. Məsələn, “Bank BTB”, kiçik seyflər içərisində ən böyüyü olan 10 sm x 32,6 sm x 42 sm ölçüsündə seyfin 1 ayı üçün icarə haqqı 10 manat (kampaniyadan əvvəl 30 manat) olduğu halda, 12 ay üçün 120 manat deyil,  90 manat icarə haqqı alır.  Bu qiymət digər bankların kiçik seyf icarəsi qiymətləri ilə müqayisədə ən azı 25% aşağıdır. Üstəlik “Bank BTB”nin kiçik seyfinin ölüçləri daha böyükdür.

Orta və iri ölçüdə seyflərin 1 ay üçün icarə qiymətləri  40, 60 və 80 manatdan müvafiq olaraq  20, 40 və 60 manata endirilib. Bundan başqa, əvvəlcədən 3,6,9 aylıq və illik ödəniş edənlərə 25%-ədək endirim olunur. “Bank BTB”də orta ölçüdə seyfin icarə qiyməti illik 180 və 360 manat, iri ölçüdə seyfin icarə qiyməti isə 540 manat təşkil edir. Bu qiymətlər də digər bankların qiymətləri ilə müqayisədə xeyli aşağıdır.  

SEYF İCARƏYƏ GÖTÜRMƏK ÜÇÜN BANKDA HESAB AÇDIRMAQ YETƏRLİDİR

Qeyd etdiyimiz kimi banklarda seyf icarəsi qiymətləri fərqlidir. Ən münasib qiymətin olduğu bankı müəyyən etdikdən sonra hesab açdırmağınız lazımdır. Bunun üçün Sizdən şəxsiyyət vəsiqəniz tələb olunacaqdır.

Bankda hesabınız açıldıqdan sonra seyf icarəsi üçün müraciət edirsiniz. Müqavilə bağlandıqdan sonra Bank tərəfindən  bir ədəd açar Sizə təslim edilir və seyf  istifadənizə təqdim olunur. Sizin etibarnamə verdiyiniz başqa bir adam həmin açar və etibarnamə ilə banka gələrək seyfdən istifadə edilə bilər.

Banklar sizin icarəyə götürdüyünüz seyfi açmaq səlahiyyətinə və imkanına malik deyillər. Düzdür, Sizə verilən açardan başqa bankın yalnız səlahiyyətli əməkdaşında seyfin ikinci açarı da olur. Lakin həmin açar ilə seyfi açmaq mümkün deyil. Bu açar ilə seyfin birinci qıfılı açılır, ikinci qıfıl isə Sizə verilən açar ilə açılır. Qisası, hər iki açar olduqda seyfi açmaq mümkündür.

Seyfi icarəyə götürən şəxs banka gələrkən, bankın əməkdaşı ilə seyflərin olduğu otağa yollanır. Bankın əməkdaşı açarı ilə seyfin birinci qıfılını açır və otağı tərk edir. Müştəri seyflərin olduğu otaqda tək qalır və özündəki açar ilə seyfi açaraq əşyaları seyfə qoya və ya götürə bilər. Bankın rəhbərliyi və işçiləri daxil seyfdə nə saxladığınızı heç kim bilmir.

Müştəri seyf ilə işini yekunlaşdırdıqdan sonra onu bağlayır və otaqdakı telefon vasitəsilə bankın əməkdaşını çağırır. Bankın əməkdaşı da özündəki açar ilə seyfin ikinci qıfılını bağlayır. Müştərinin banka gəlmə və getmə vaxtı qeydiyyat vərəqəsində qeyd olunur.

Seyfi icarəyə götürdükdən sonra hər gün istifadə edə bilərsiniz, belə bir haqqınız var. Amma bəzi banklar özlərinə əlavə iş yükü yaratdığına görə bu istifadələr üçün müəyyən məhdudiyyət tətbiq edə bilərlər. Bu məhdudiyyətin hər bir bankda olduğunu söyləyə bilmərik. Banklardan "Marja"ya bildirdilər ki, bankın əməliyyat müddəti ərzində müştərilər öz seyflərindən məhdudiyyətsiz istifadə etmək hüququna malikdirlər. Reallıqda seyf icarəyə götürənin hər gün banka getməyinə də ehtiyac olmur.

SEYFİN AÇARINI İTİRSƏM NƏ OLACAQ?

Bir müddət sonra seyfin açarını itirsəniz nə olacaq? Banka bu barədə məlumat verdikdən sonra çilingər çağırılaraq sizin də iştirakınız ilə seyfin qıfılı sındırılaraq açılır. Təbii ki, bu prosesin bir xərci var və çilingərin zəhmət haqqısını ödəmək məcburiyyətində qalırsınız. Buna görə, banklar açarın itirilməsi və zədələnməsi hallarında  200-250 manat cərimə haqqı alır.

HƏYATDA ÖLÜM KİMİ ACI BİR HƏQİQƏT DƏ VAR

Əgər icarəyə götürdüyünüz seyfdə başqalarına aid zinət əşyası, pul və sair şeylər varsa, nə etməyiniz lazımdır?

Əgər seyfdə başqalarına aid əşyalar saxlayırsınızsa hər bir əşyanın üzərinə sahibinin adını yaza bilərsiniz. Səbəbinə gəlincə, həyatda ölüm kimi acı bir həqiqət də var, əgər başınıza belə bir iş gəlsə, üzərinə ad yazmamısınızsa,  seyfdə olan bütün əşyalar varislərinizə qalacaqdır. Məhkəmə qərarı ilə açılan seyfiniz ekspertlər tərəfindən qiymətləndirilərək maddi dəyəri hesablanır və varislərinizə ödənilməsi təmin edilir. Bu zaman sizə aid olmayan əşyalar problem çıxarda bilər. Buna görə seyfinizdə qohum və ya yaxınlarınıza aid zinət əşyaları varsa üzərinə kimə aid olduğunu yazın. Məhkəmə əşyaların ayrı-ayrı şəxslərə məxsus olduğunu görərək sahiblərinə təqdim edəcəkdir.

BANK SEYFLƏRİNDƏ NƏLƏRİ SAXLAYA BİLƏRSİNİZ?

 Hazırda ən çox seyflər, yastıq altında saxlanılan pulları və qızılları tam etibarlı şəkildə saxlamaq məqsədilə icarəyə götürülür. Mənzil sənədlərini, qiymətli kağızları, qiymətli hədiyyələri və s. bir çox şeyi bank seyfində saxlaya bilərsiniz.

BANK SEYFLƏRİ SIĞORTALANIR?

İcarəyə götürülmüş bank seyfinin içərisində nə olduğu bilinmədiyi üçün sığorta olunmur. Lakin təhlükəsizlik yüksək səviyyələrdə olduğu üçün sığortaya ehtiyac yoxdur. Son illər bank seyfi qarətinə dair hər hansı bir xəbər eşitməmişik.

Seyfdən istifadə üzrə illik icarə haqlarını ödəməmək sizin üçün problem yarada bilər. İcarə haqqını ödəmədiyiniz halda, Bank tərəfindən sizə xəbərdarlıq ediləcəkdir. Əgər xəbərdarlqdan sonra icarə haqqını ödəməsəniz bank hüquqi yollar ilə bu pulu sizdən ala bilər.

İcarə ödənişlərini etməsəniz notarius (və ya məhkəmə) vasitəsilə seyfiniz sındırılaraq  içərisindəki əşyalar bir-bir qeydə alınır. Bir müddət sonra banka gələrək əşyaları tələb etsəniz icarə ödənişləri və cəriməni ödəyərək onları götürə bilərsiniz. Əgər qanunvericilik ilə müəyyən olunmuş müddət ərzində Banka hər hansı bir tələb olmasa, Bank bu əşyaları dövlətin xəzinəsinə təhvil verir.

Allah göstərməsin, evinizə oğru girmədən, qiymətli əşyalarınız, sənədləriniz bir zərər görmədən ehtiyatınızı əvvəlcədən görün. Banklardan seyf icarəyə götürərək pullarınızı, zinət əşyalarınızı və qiymətli sənətlərinizi etibarlı yerdə saxlayın!

Mənbə: Marja

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271