BANK

“Rabitəbank” işçi axtarır - VAKANSİYA
14 İYUL
1264

“Rabitəbank” işçi axtarır - VAKANSİYA

2016-07-14 22:00:00

“Rabitəbank”  şəbəkə admistratoru vəzifəsinə işçi qəbulu elan edir. Bankdan fins.az-a verilən məlumata görə, ali təhsilli (İT sahə üzrə təhsil olanlara üstünlük verilir), şəbəkə inzibatçılığı üzrə 2 ildən az olmayan iş təcrübəsi olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər.İşlə bağlı son müraciət avqust ayının 14-dür.

İş barədə əsas məlumat:

- Apparat/proqram təminatı (sviçlər, şəbəkə yönləndiciləri, qoruyucu sistem, VPN birləşdiriciləri, DHCP, və s.), təlim və xüsusi layihələr də daxil olmaqla kompüter şəbəkəsinin əməliyyatına  nəzarət edir; 

- Şəbəkə bütövlüyünü, serverin fəaliyyətini və təhlükəsizliyinin qorunması;

Korporativ LAN/WAN şəbəkələrinin inkişafı və dəstəklənməsi; telekommunikasiya server tədarükçüləri ilə əməkdaşlıq

- Cisco-aktiv şəbəkə avadanlığının sazlanması və monitorinqi;

- Regional VPN şəbəkələrinin inkişafı və dəstəklənməsi;

- Şəbəkə inzibatçılığı ;

- Şəbəkə problemlərinin həlli;

Namizədlərə dair tələblər: 

- Ali Təhsili (İT sahə üzrə təhsil olanlara üstünlük verilir)

- Şəbəkə inzibatçılığı üzrə 2 ildən az olmayan iş təcrübəsi

- TCP/IP, IP Sec, VPN, DNS, DHCP sahəsində biliklərə malik olması;

- Şəbəkə təhlükəsizliyi, monitorinqi, memarlığı, konfiqurasiya və performansın idarə olunması sahəsində iş təcrübəyə malik olmaq;

- Cisco Şəbəkə avadanlıqları ilə iş təcrübəsi;  Cisco üzrə müvafiq sertifikatlara malik olanlara üstünlük verilir;

- Azərbaycan və rus dili bilikləri

- İngilis dili bilikləri (minimal danışıq bacarıqları, texniki sənədlərin oxunması və tərcüməsi)

- Diqqətlilik, Məsuliyyət və düzgünlük kimi müsbət göstəricilərə malik olması

- Yüksək ünsiyyət, təşkilatçılıq və idarəetmə bacarıqlarına malik olması

Qeyd edilən tələblərə uyğun namizədlər öz müraciət anketlərini career@rabitabank.com;  e-mail ünvanına göndərə bilərlər.Məktubun mövzusunda iddia edilən vakant vəzifə mütləq qeyd olunmalıdır.  

Əlaqə vasitələri:

E - mail :  career@rabitabank.com 
Telefon: (012) 598 44 88,    Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272