BANK

Multivalyutalı kart kimə sərfəlidir?
14 İYUL
366

Multivalyutalı kart kimə sərfəlidir?

2016-07-14 13:20:00

Pulların bir valyutadan digərinə keçirilməsi hər zaman itkilərlə nəticələnir, xaricdə isə bankların komissiya haqqları ilə bağlı bu zərər bir neçə dəfə də arta bilər. Ona görə də tez-tez səyahət edən şəxslər üçün multivalyutalı kartlar ən sərfəli seçimdir. Hazırda AccessBank müştərilərə üç valyutalı - AZN, USD, AVRO  olmaqla kartlar təklif edir.

Multivalyutalı kartların əsas üstünlükləri nədir?

  • Bu kartların əsas üstünlüyü bir kartda bir neçə valyutanın olmasıdır. Multivalyutalı kartların mövcudluğu Sizə müxtəlif növ valyutalar üçün bir neçə kart hesabını açmaq və ya səyahət etmək istədiyiniz ölkənin valyutasına uyğun yeni kart əldə etmək zərurətini aradan qaldırır. Multivalyutalı kart müxtəlif ölkələrdəki hesablara dərhal qoşulur və kartın sahibi xaricdə hesablaşma apardığı zaman sistem avtomatik olaraq lazımi valyutanı hesabdan silir. Beləliklə Avropada avro, ABŞ-da dollar, Azərbaycanda isə manatdan istifadə etmək olar.

  • Multivalyutalı kartların daha bir üstünlüyü ondadır ki, kartın sahibi bir neçə kartın PİN kodunu xatırlamaq məcburiyyətində qalımır və əlavə xidmət haqqı ödəmir. Əgər Sizin hər hansı bir valyutada olan pulunuz bitərsə, sistem pulu digər valyutadan silməyə başlayır.

Qeyd edək ki, multivalyutalı kartlarda əsas və əlavə valyutalar olur. Yaxşı olardı ki, ən çox istifadə etdiyiniz valyutanı əsas valyuta kimi seçəsiniz. Nəzərə alın ki, bu karltar daha çox nağdsız ödəmələr etmək üçün sərfəlidir. Məsələn, AccessBankın kartlarında  konvertasiya faizi 1.5-2% arasında dəyişir.

Ölkə daxilində AccessBankın bankomatlarında dollar nağdlaşdırma edərkən 1%, digər bankların bankomatlarında isə 1.5% komissiya tutulur.

Multivalyutalı kartları necə əldə etmək olar?

Bunun üçün AccessBankın istənilən filialına, şəxsiyyət vəsiqəsilə yaxınlaşmaq lazımdır. Qiymət aşağıdakı kimidir: (Visa Сlassic / MasterCard Standard)

1 illik- 12 AZN (ilkin mədaxil 500 AZN/USD olduqda kart pulsuz verilir)

2 illik- 16 AZN (ilkin mədaxil 800 AZN/USD olduqda kart pulsuz verilir)

3 illik- 20 AZN (ilkin mədaxil 1000 AZN/USD olduqda kart pulsuz verilir)

Hər ikinci valyuta hesabı üçün əlavə olaraq 10 AZN ödəniş etmək lazımdır.

Kartın balansını necə artırmaq olar?

Kartın balansını AccessBankın cash-in terminalları və bankın kassalarında artıra bilərsiniz.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270