BANK

Azərbaycanda kredit portfeli azalıb
14 İYUL
202

Azərbaycanda kredit portfeli azalıb

2016-07-14 12:15:00

Mərkəzi Bankın məlumatlarına görə, iyunun 1-nə Azərbaycanın bank və bank olmayan kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 18197,1 milyon manat təşkil edib. Bu məbləğin 4306,1 milyon manatı uzunmüddətli kreditlər olub.

Fins.az  Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, kredit portfeli 2015-ci il iyunun 1-i ilə müqayisədə 11,1 faiz azalıb. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 8,3 faizini təşkil edib.

Eyni zamanda, əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği isə 7566,0 milyon manat olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274