BANK

8-ci Azərbaycan Mikromaliyyə Konfransının keçiriləcəyi tarix açıqlandı
13 İYUL 2016
204

8-ci Azərbaycan Mikromaliyyə Konfransının keçiriləcəyi tarix açıqlandı

2016-07-13 19:04:00

Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) 6-7 oktyabr, 2016-cı il tarixlərində“Üfüqdə Yeni İmkanlar: Çətinlikləri Perspektivlərə Çevirək” adlı   8-ci Azərbaycan Mikromaliyyə Konfransını keçirməyi planlaşdırır.

Fins.az-ın "Marja"ya istinadən məlumatına görə, konfransda Azərbaycan Respublikası Mərkəzi Bankı, Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbər nümayəndələri, Gürcüstan, Rusiya və Orta Asiya daxil olmaqla  mikromaliyyə sektorunun inkişafında maraqlı olan bank olmayan kredit təşkilatlarının, bankların, 12-dən çox ölkədən investor şirkətlərinin, texniki xidmət təminatçılarının ixtisaslaşmış maliyyə ekspertlərinin, mətbuat nümayəndələrinin  iştirak edəcəyi gözlənilir.

Tədbirdə  aşağıda qeyd edilən mövzular müzakirə ediləcək:

-Azərbaycan Mikromaliyyə bazarında sağlam kreditləşmə və məsuliyyətli borclanma;

-Dilemma: Kredit riski və ya xarici valyutada  kreditlərin  məzənnə  riski;

-Kiçik fermerlərin ehtiyaclarını qarşılamaq üçün innovativ kənd təsərrüfatı vasitələrinin tətbiqi;

-Maliyyə təşkilatlarında qiymət siyasətinin optimallaşdırılması: qabaqcıl təcrübələrin öyrənilməsi

-Rəqəmsal inqilab və maliyyə əhatəliliyi;

-Uzunmüddətli qənaət / investisiyalar üçün maliyyə savadlılığı;

-İqtisadi fəallığın azaldığı dövrdə maliyyə sektorunda maraqlı tərəflər: Perspektivlər və Reallıqlar

Ayqustun 14-ə dək erkən qeydiyyatdan keçərək endirimli qeydiyyat haqqından yararlana bilərsiniz. Qeydiyyat artıq açıq elan olunmuşdur və amfa.az saytı vasitəsilə qeydiyyatdan keçə bilərsiniz

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+20°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0087
  • ₽ RUB
    0.0296