BANK

“Banklar manatla kreditləşməni bərpa etməli olacaqlar”
13 İYUL
472

“Banklar manatla kreditləşməni bərpa etməli olacaqlar”

2016-07-13 13:00:00

“Devalvasiyalarla paralel Azərbaycan iqtisadiyyatında dollarlaşma prosesi getdi və ümumi iqtisadiyyatda bir zəifləmə prosesi müşahidə olunmağa başladı”.

Fins.az Modern.az-a saytına istinadən xəbər verir i, bunu iqtisadçı-ekspert Cəfər İbrahimli deyib.

Onun sözlərinə görə, real sektordakı proseslər faizlərin artmasına, maliyyə əlçatanlığının və paralel olaraq investisiyaların azalmasına gətirib çıxarıb:

“Son illərdə hökumətin infrastruktura yönəltdiyi investisiyalar iqtisadi aktivliyin saxlanmasına dəstək olub. İndi isə hökumət tərəfindən həmin yatırımların azaldığı, riskin artması fonunda özəl sektor investisiyalarının və bunlara paralel olaraq əhalinin gəlirlərinin aşağı düşməsi iqtisadi böyüməyə və aktivliyə mənfi təsir edir.

Bu da öz növbəsində əhalinin və biznes strukturlarının öhdəliklərinin icra edilməsində çətinliklərin yaranmasəna və problemli kredit həcminin artmasına səbəb olub”.

C.İbrahimli deyib ki, bankların maliyyə dayanıqlığını təmin etmək üçün onların kapital artırması vacibdir:

“Hazırda prosesin başladığı müşahidə olunur. Uzun müddətdir kreditləşmənin dayanması banklarda likvidliyin artmasına və gəlirliliyin azalmasına səbəb olub. İnvestorların kifayət qədər vəsaitlərə ehtiyacı var və indiki durum banklara zərər verdiyi üçün onların da manatla kreditləşməni bərpa edəcəyi gözlənilir.

Hazırda Azərbaycan iqtisadiyyatı daralma mövqeyindədir. Həyata keçirilən fiskal və parasal daraldıcı politikalar, iqtisadi daralma hesabına tədiyyə balansının vəziyyətin düzəlməsinə səbəb olub. Bildiyiniz kimi, neftin qiymətinin 25 dollardan aşağı düşəcəyi ilə bağlı proqnozlar özünü doğrultmadı. Hazırda dünya bazarında neftin qiymət 50 dollar civarındadır. Əgər neftin qiyməti 50 dollar ətrafında dövr etsə, bu tendensiya Azərbaycan manatına basqını azalda bilər. Amma təhlükə yenə də tam ortadan qalxmayacaq. Azərbaycanda mövcud problemlərin həlli yolları istiqamətində hökumət tərəfindən 3-5 illik proqram hazırlanmalı, qərarların arxasında dayanaraq biznes sektoruna güvən verməli və hədəflərə doğru real addımlar atılacağını göstərməlidir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272