BANK

Banklarda dollar kəskin ucuzlaşdı
13 İYUL
9146

Banklarda dollar kəskin ucuzlaşdı

2016-07-13 11:04:00

Bakıda dolların məzənnəsi kəskin aşağı düşüb. Rəsmi məzənnələrin yüksəlməsinə baxmayaraq, valyutadəyişmə məntəqələrində dolların satış və alış qiymətləri aşağı düşüb. Fins.az-ın məlumatlarına görə, bəzi banklarda dorlların satış qiyməti daha çox azalıb.Belə ki, hazırda «Bank of Baku» dolları 1,5640 manata, «VTB Bank» 1,57 manata, «Amrahbank» 1,5750 manata, «Expressbank» 1,57 manata, «Accesbank» isə 1,5780 manata satır.

Qeyd edək ki, AMB-nin rəsmi məzənnələrinə görə, bu gün ABŞ dollarının rəsmi məzənnəsi 1,5449 manati təşkil edir. Qanunvericiliyə əsasən, 4%-lik marjanı da nəzərə aldıqda bu gün 1 dolların satış qiyməti maksimum 1,6171 manat, alış qiyməti isə minimum 1,4927 manat ola bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274