BANK

Kredit təşkilatının mənfəəti 18 dəfə azalıb – HESABAT
13 İYUL 2016
171

Kredit təşkilatının mənfəəti 18 dəfə azalıb – HESABAT

2016-07-13 10:41:00

«Embafinans» bank olmayan kredit təşkilatının cəmi aktivləri  2015-ci ilin yekununa görə 23,252 mln. manat təşkil edib.  Bu əvvəlki illə müqayisədə 32,4% azdır. Fins.az bu barədə bankın yaydığı maliyyə hesabatına əsasən xəbər verir. 

Hesabat dövründə təşkilatın cəmi öhdəliyi 2 dəfə azalaraq 11,452 mln. manata bərabər olub. Kredit portfeli isə 16,059 mln. Manat təşkil edib ki, bu da 2014-cü illə müqayisədə 40,7% azdır.

Təşkilatın cəmi kapitalı isə  0,6% artaraq 11,8 mln. manat olub.

2015-ci ilin yekununda təşkilatın əməliyyat gəliri 3,246 mln. manat, əməliyyat xərci 3,126 mln. manat təşkil edib. 

Təşkilat faiz əməliyyatlarından 4,085 mln. manat xalis gəlir əldə edib, bu isə 2014-cü illə müqayisədə -0,925 mln manat və ya 18,46% azalıb.

Embafinansın xalis mənfəəti isə bir ildə 18 dəfə, başqa sözlə isə 1,164 mln. manat azalaraq, 67 min. manat təşkil edib. 2014-cü ilin yekununda bu göstərici 1,23 mln. manat idi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+1°C
  • $ USD
    1.7475
  • € EUR
    1.8466
  • ₽ RUB
    0.0301