BANK

“Bank Standard”da yeni baş direktor- RƏSMİ AÇIQLAMA
12 İYUL
1518

“Bank Standard”da yeni baş direktor- RƏSMİ AÇIQLAMA

2016-07-12 13:20:00

12 iyul 2016-cı il tarixində “Bank Standard” KB-nın müvəqqəti inzibatçısı tərəfindən Xalid Əhədov banka Baş Direktor təyin olunub.

Məlumat verildiyi  kimi, ”Bank Standard” KB-da yaranmış maliyyə problemlərin tənzimlənməsi məqsədilə Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) tərəfindən mayın 3-dən etibarən banka 3 ay müddətinə müvəqqəti inzibatçı təyin edilmişdir, kritik likvidlik çatışmazlığı ilə əlaqədar sosial xarakterli ödənişlər istisna olmaqla bankın digər öhdəliklərinin ödənişinə 4 iyul 2016-cı il tarixinədək moratorium tətbiq olunmuşdur.

Bankın sistem əhəmiyyətini nəzərə alaraq, 4 iyul 2016-cı ildə onun səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan “Azər-Türk Bank” ASC vasıtəsilə sanasiya edilməsi haqqında qərar qəbul olunmuşdur.

Sanasiya proqramı çərçivəsində, X. Əhədov  bankın İdarə Heyətinin Sədri səlahiyyətlərini icra edərək, 3 avqust 2016-cı il tarixinədək “Bank Standard” KB-nın idarəetmə orqanlarını formalaşdıracaq və həmin tarixdən bank fəaliyyətini biznes strategiyasına uyğun qaydada tam həcmdə bərpa edəcəkdir.

Artıq  Xalid Əhədov “Bank Standard”-ın kollektivinə təqdim edilmişdir.

X.Əhədov 2002-ci ildən bank sektorunda fəaliyyətə başlamış, “Bank of Baku” və “Unibank”-da rəhbər vəzifələrdə çalışmışdır. 

Eləcə də bax: "Bank Standard" "Azər-Türk Bank"a tapşırıldı - RƏSMİ AÇIQLAMA

 

Eləcə də bax: "Bank Standart"ın əmanətçiləri yenə narazıdır - LİMİT VARMIŞ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275