BANK

Azərbaycan bankına kredit ayrıldı
12 İYUL
453

Azərbaycan bankına kredit ayrıldı

2016-07-12 11:50:00

Qara Dəniz Ticarət və İnkişaf Bankı (BSTDB) “Accessbank” QSC-yə 17 mln. ABŞ dolları kredit ayırıb. Bank verdiyi məlumata görə, kredit Kiçik və Orta Sahibkarlığın (SME) maliyyələşdirilməsi məqsədi ilə ayrılır.

BSTDB-nin açıqlamasında deyilir ki, ümumilikdə 3 il müddətində ayrılacaq kredit sənaye, kənd təsərrüfatı və xidmət sahələri ilə bağlı SME-lərin maliyyələşməsinə, həmçinin qeyri-neft sektorunun inkişafı üçün töhfə vermiş olacaq.

Qeyd edək ki, bu adıçəkilən bankın “Accessbank”a sayca 5-ci kredit dəstəyidir və bu yolla 2005-ci ildən bəri ümumilikdə 54 mln. dollar kredit ayrılıb.
Mənbə: Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272