BANK

FED dolları bahalaşdıracaq
12 İYUL
2455

FED dolları bahalaşdıracaq

2016-07-12 11:10:00

ABŞ Mərkəzi Bankı uçot dərəcəsini mərhələli şəkildə artırmaq istəyir.

İyun ayında ABŞ-da qeyri-aqrar sahədə 287 min və ya proqnozlaşdırılandan 107 mindən çox yeni iş yeri açılmasından sonra Federal Ehtiyatlar Sisteminin (FED) rəsmiləri uçot dərəcəsi ilə bağlı fikirlərini bölüşüb.

Fins.az Oxu.az-a istinadən xəbər verir ki, Kanzas ştatının FED rəhbəri Ester Corc (Esther George) uçot dərəcəsinin olduqca aşağı olduğunu deyib.

“Uçot dərəcəsinin mərhələli şəkildə artırılmasının tərəfdarıyam. Bu, risklərin minimuma endirilməsinə yardım edəcək. Arxada qoyduğumuz illər ərzində iqtisadiyyatımız rəqabətqabiliyyətli olduğunu sübut etdi”, - deyə E.Corc qeyd edib.

FED rəsmisi əmək bazarındakı son statistikanı olduqca müsbət qarşılayıb:

“İşsizliyin səviyyəsi normaya olduqca yaxındır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272