BANK

"Bank Standard"a yeni sədr gəlir
12 İYUL
739

"Bank Standard"a yeni sədr gəlir

2016-07-12 10:57:00

"Bank Standard" QSC-nin Müşahidə Şurasına (MŞ) yeni sədr təyin ediləcək. Bank dairələrindən verilən məlumata görə, bu vəzifəyə "Unibank" ASC-nin icraçı direktoru Xalid Əhədov gətiriləcək.

Xatırladaq ki, Maliyyə Bazarlarına Nəzarət Palatası "Bank Standard"ın maliyyə sektorundakı mövqeyini, aktivlərinin xüsusi çəkisini, öhdəliklərin sosial xarakterini və sistem əhəmiyyətini nəzərə alaraq, fiskal və monetar orqanlarla razılaşdırılmış şəkildə onun maliyyə sağlamlaşdırılması (sanasiya edilməsi) barədə qərar qəbul edilib.

Qərara əsasən, “Bank Standard” səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan “Azər-Türk Bank” ASC vasıtəsilə sağlamlaşdırılacaq. Sağlamlaşdırma proqramına görə “Azər-Türk Bank” 3 avqust 2016-cı il tarixinə qədər “Bank Standard”ın idarəetmə orqanlarını yenidən formalaşdıracaq və həmin tarixdən bank fəaliyyətini biznes strategiyasına uyğun qaydada tam həcmdə bərpa edəcək. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275