BANK

Lotereyalara nəzarət də Palataya verildi – FƏRMANLAR
11 İYUL
336

Lotereyalara nəzarət də Palataya verildi – FƏRMANLAR

2016-07-11 19:13:00

Azərbaycanda lotereya oyunlarınan keçirilməsinə Maliyyə Bazarlarına Nazərət Palatası həyata keçirəcək. Fins.az-ın məlumatına görə, bu barədə prezident İlham Əliyev imzaladığı fərmanlarda nəzərdə tutulur. «Lotereyalar haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 26 may tarixli 64 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında fərmana əsasən ölkədə lotereyaların təşkili və keçirilməsini Maliyyə Bazarlarına Nəzarət Palatası həyata keçirir. 

Prezidentin imzaladığı dijgər fərman – «Azərbaycan Respublikasında lotereya fəaliyyətinin təkmilləşdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 23 noyabr tarixli 599 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına görə isə indiyədək bu sahədə ləğv edilmiş Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə məxsus olan səlahiyyətlər də Maliyyə Bazarlarına Nəzarət Palatasına həvalə edilib.

Eləcə də bax: Azərbaycanda lotereyada böyük məbləğlər udulub – 470 MİN MANAT

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272