BANK

Banklarda yoxlama aparılacaq – PALATADAN AÇIQLAMA
11 İYUL
652

Banklarda yoxlama aparılacaq – PALATADAN AÇIQLAMA

2016-07-11 17:54:00

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) ölkə banklarının durumunu müəyyən etmək üçün yaxın vaxtlarda bəzi banklarda yoxlama aparılacaq. Fins.az-ın məlumatına görə, bu barədə Palatanın Direktorlar Şurasının növbəti iclasında qərar qəbul edilib. 

İclasda cari ilin 1-ci yarımilliyinin yekunları üzrə maliyyə sisteminin dayanıqlığı və bütövlükdə maliyyə sabitliyi məsələləri müzakirə edilib.

Burada qeyd edilib ki, 1-ci rübün nəticələrinə əsasən bankların maliyyə göstəriciləri qiymətləndirilib və maliyyə dayanıqlığının möhkəmləndirilməsi, kapital və likvidlik mövqelərinin gücləndirilməsi ilə əlaqədar banklara fərdi göstərişlər verilib, hər bir bank üzrə icra planları hazırlanıb. İclasın gedişatında ayrı-ayrı banklar tərəfindən sağlamlaşdırma planlarının icrası durumu müzakirə edilib.

Müzakirələrin nəticəsi olaraq bir sıra bankların aktivlərinin keyfiyyəti və likvidlik mövqeyinin bərpası işinin qiymətləndirilməsi və kapitallaşma planlarının realizasiya vəziyyətinin dəqiqləşdirilməsi üçün qısamüddətli diaqnostik yoxlamaların aparılması barədə qərar qəbul olunub.


Bunun nəticəsi olaraq hər bir banka qarşı tətbiq olunacaq nəzarət tədbirləri müəyyən olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275