BANK

Əhali banklardan əmanətlərini çəkir
11 İYUL
735

Əhali banklardan əmanətlərini çəkir

2016-07-11 16:25:00

Azərbaycan banklarında əmanətlər azalmaqdadır. Fins.az-, Azərbaycan Mərkəzi Bankına istinadən bildirir ki, may ayında banklara qoyulan əmanətlərin həcmi 119 mln. manat və ya 1,55% azalaraq, 7 mlrd. 566 min manata enib. Ümumilikdə. Bu ilin əvvəlindən indiyədək banklarda əmanətlər təqribən 2 milyard manat azalıb. – ilin əvvəlində əmanətlər 9 milyard 9 473,9 milyon manat idi.

May ayında fiziki şəxslərin milli valyutadakı əmanətləri 39,9 milyon və ya 2,83% artaraq, 1 mlrd. 447,5 mln. manat təşkil edib. Bu göstərici ilin əvvəlində 1 milyard 420,2 milyon manat idi. Ötən ilin eyni dövrü ilə müqayisədə isə əmanətlərin həcmi 725,1 mln. manat və ya 33,37% azalıb.

Xarici valyutada əmanət qoyuluşu isə 158,9 mln manat, başqa sözlə 2,53% azalıb. Hesabat dövründə xarici valyutada olan əmanətlər 6 mlrd. 118.4 mln. manat təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 689,9 mln. manat və ya 12,71% çoxdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270