BANK

Azərbaycanda bankomatlar yenidən artmağa başlayıb
11 İYUL
208

Azərbaycanda bankomatlar yenidən artmağa başlayıb

2016-07-11 14:56:00

Azərbaycandakı bankomatların sayı may ayında 20 ədəd artaraq, 2573 ədəd təşkil edib. Bu barədə fins.az Mərkəzi Bankın yaydığı hesabata istinadən xəbər verir. 

Ümumiyyətlə respublikada fəaliyyət göstərən bankomatların sayı 2015-ci ilin noyabr ayından başlayaraq azalmaqda davam edir. Həmin dövr üçün bankomatların sayı 2695 ədəd təşkil edib. 

Bakıdakı bankomatların sayı bir ay ərzində 9 ədad artaraq, 1421-ə, regionlardakı bankomatların sayı isə 11 ədəd artaraq, 1152-yə çatıb. 

POS terminalların sayı isə əksinə azalıb. POS terminalların sayı may ayında 15 ədəd azalaraq, 73 945-ə bərabər olub.  Qeyd edək ki, POS terminalların sayı da 2015-ci ilin yanvar ayından etibarən azalır. Həmin dövr üçün bu göstərici 78 452 ədəd təşkil edib. 

Cəmi POS terminalların 42 708-ü Bakının, 31 237-si isə regionların payına düşür. Bakıdakı POS terminalalrın sayı may ayında 54 ədəd azalaraq, 42708-ə, regiondakı POS terminalalrın sayı isə 39 ədəd artaraq, 31 237-ə bərabər olub. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272