BANK

Mərkəzi Bank yenə depozit hərracı keçirəcək
08 İYUL
284

Mərkəzi Bank yenə depozit hərracı keçirəcək

2016-07-08 16:31:00

Azərbaycan Mərkəzi Bankı banklardan manat vəsaitinin cəlb edilməsi üzrə depozit həlrracı keçirəcək. Fins.az-ın AMB-yə istinadən məlumatına görə, növbəti depozit hərracı iyulun 11-də saat 11-30-11-45-də Blumberq ticarət sistemində keçiriləcək.

AMB-nin şərtlərinə görə, hərracla bağlı məlumatın platformada göndərilmə vaxtı: 10:30-dur. Hərrac çərçivəsində 50 milyon manat depozitin cəlb edilməsi nəzərdə tutulur. Vəsaitlər 30 gün müddətinə, aylıq 4,01%-6,99% dərəcə ilə qəbul ediləcək. Qeyd edək ki, bu AMB-nin təşkil etdiyi 3-cü depozit hərracı olacaq. Bundan əvvəl iyulun 4-də keçirilən depozit hərracında AMB aylıq 5,96 % faiz dərəcəsi ilə 50 mln. manat cəlb edib. İlk depozit hərracı isə iyunun 13-də baş tutub. Həmin hərracda AMB planlaşdırdığı 150 milyon manat əvəzinə 129 milyon manat pepozit cəlb edə bilib. Həmin vəsaitlər aylıq 6,49% faiz dərəcəsi ilə yerləşdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270