BANK

Azərbaycanın ən yaxşı bankı məlum oldu
08 İYUL
2577

Azərbaycanın ən yaxşı bankı məlum oldu

2016-07-08 09:44:00

«AccessBank» 6-cı dəfə «Euromoney» tərəfindən Azərbaycanın ən yaxşı bankı adına layiq görülüb. İyulun 6-da Londonda «Euromoney» Nəşriyyat Qrupu özünün hər il keçirdiyi «Ən Yaxşı Nəticələr» mükafatlandırma mərasimində qalib bankların adını açıqlayıb.

Fins.az-ın məlumatğına görə, mərasimdə “Azərbaycanın ən yaxşı Bankı” adına «AccessBank»layiq görülüb. Qeyd edək ki, bank bu mükafatı artıq 6-cı dəfə alır. «AccessBank» bu mükafatı sonuncu dəfə 2014-cü ildə almışdı. 2015-ci ilin nəticələrinə görə isə ölkənin ən yaxşı bankı «Kapital Bank» olmuşdu.

Qeyd edək ki, maliyyə dünyasında ən nüfuzlu mükafatlardan biri sayılan Euromoney mükafatı dünyanın 100-dən artıq ölkəsində aparıcı banklara və maliyyə təşkilatlarına təqdim olunur.

Mükafat bankın nəticələri, beynəlxalq müxbir bankların, məşhur maliyyəçilərin və bankirlərin müşahidələri nəticəsində əldə olunan məlumatlar əsasında təqdim edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272