BANK

Rusiyada daha bir bank bağlanıb
07 İYUL
383

Rusiyada daha bir bank bağlanıb

2016-07-07 15:07:00

Rusiya Mərkəzi Bankı «Evrositibank»ın lizensiyasını ləğv edib. Fins.az-ın Rusiya Mərkəzi Bankına istinadən məlumatına görə, lisenziyanın ləğvinə səbəb bankın qanunlara riayət etməməsi olub. «Evrositibank» Rusiya Bankının normatik aktlarına və bank fəalşiyyətini tənzimləyən federal qanunlara əməl etmirdi. Bundan başqa, bankın kreditorlarının və əmanətçilərinin maraqları təhlükə altına düşüb»- deyə Mərkəzi Bankın açıqlamasında deyilir.

Belə ki, vergi xidməti «Evrositibank»dan öhdəliklərini icra etməyi tələb edərkən məlum olub ki, kredit təşkilatı ödəniş qabiliyyətini itirib və fapkutiki olaraq əməliyyatları dayandırıb. Hazırda «Evrositibank»da müvəqqəti inzibatçılıq təyin edilib, bankın ləğvidicisi təyin edilərək bankı inzibatçı idarə edəcək.

Qeyd edək ki, «Evrositibank» Rusiyanın əmanətlərin sığortalanması sistemini iştirakçısı olub. Aktivlərinin həcminə görə isə ölkədə 245-ci yeri tutur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274