BANK

Daha bir bank “MobilBank” xidmətini işə salıb
05 İYUL
357

Daha bir bank “MobilBank” xidmətini işə salıb

2016-07-05 14:35:00
"Parabank" ASC müştərilərinə bankın filial və ofislərinə gəlmədən bankın xidmətlərindən istifadə imkanı yaradır. 
 
Bankın yaydığı məlumata görə, müştərilər "Parabank"ın  Android əməliyyat sistemlərini dəstəkləyən mobil telefonlar üçün təklif etdiyi "MobilBank" xidmətinə qoşulmaqla dünyanın istənilən nöqtəsindən kart hesabını idarə edə və əməliyyatları həyata keçirə bilərlər.
 
Balans və hesabdan çıxarışın yoxlanılması ilə yanaşı, Сard to Card, itki hallarında kartların blok edilməsi, həmçinin kommunal, internet və mobil rabitə ödənişlərini "MobilBank" xidməti vasitəsi ilə həyata keçirmək mümkündür.
 
"MobilBank" xidmətinə qoşulmaq üçün ATM-dən müvafiq şifrələri əldə etmək (bankomatın menyusu - "Xidmətlər" - "Mobilbank" qeydiyyatı -şifrələrin çap edilməsi ) və proqramı  "PlayMarket"dən yükləmək kifayət edir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275