BANK

«Texnikabank»ın sığorta və kapital şirkətləri - SATIŞA ÇIXARILIR
05 İYUL
373

«Texnikabank»ın sığorta və kapital şirkətləri - SATIŞA ÇIXARILIR

2016-07-05 12:44:00

Fəaliyyətini dayandırmış «Texnikabank»ın ləğedicisi olan Əmanətlərin Sığortalanması Fondu (ADİF) bankın balansında olan iki aktivi - «Alfa Sığorta» və «Kapital Menecment İnvestisiya Şirkəti»ni satışa çıxarmağa hazırlaşır. Bu barədə fins.az-a ADİF-in icraçı direktoru Azad Cavadov bildirib. Onun sözlərinə görə, qanunvericiliyə uybun olaraq müflis bankın bütün əmlakı və aktivləri satışa çıxarılmalı və əldə olunan vəsaitlər öhdəliklərin icrasına yönəldilməlidir: «Buna uyğun olaraq ADİF həmin aktivlərin satışı prosesinə hazırlaşır».

Qeyd edək ki, fəaliyyət göstərdiyi sahələrə (qiymətli kağızlar və sığorta) uyğun olaraq bu iki aktivin satılması üçün Maliyyə Bazarlarına Nəzarət Palatasının icazəsi tələb olunur. Bu icazə alındıqdan sonra aktivlər qiymətləndirilərək satılacaq.

Fond rəhbərinin məlumatına görə, «Texnikabank»ın fəaliyyətini daynadırmasından sonra onun ümumi öhdəlikləri müəyyən edilib – bu 325 milyon manatdır. Bu vəsaitə həm bankdakı əmanətlər, həm də digər fiziki və hüquqi həxslər qarşısındakı öhdəliklər aiddir. İndiyədək ADİF bu bankın əmanətçilərinə ümumilikdə 119 milyon manat vəsait ödəyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275