BANK

Dollar dəyişmək üçün – ƏN SƏRFƏLİ BANKLAR
04 İYUL
1434

Dollar dəyişmək üçün – ƏN SƏRFƏLİ BANKLAR

2016-07-04 11:28:00

Azərbaycan bankları arasında ABŞ dollarını ən yüksək qiymətlə alan bank “Bank of Baku”dır. Fins.az xəbər verir ki, bu bankda Amerika valyutası 1,5900 manata alınır.

Dollar qiymətləri

Dolları ən aşağı qiymətə alan bank isə “Yapı Kredi Bank (Azərbaycan)” dır. Bu bankda alış qiyməti 1,4810 manatdır. ABŞ dollarının ən aşağı satış qiyməti isə “Naxçıvanbank”dadır. Bu bank dolları 1,5860 manata satır. Dolları ən yüksək qiymətlə satan bank isə “Azərbaycan Beynəlxalq Bankı” və “Bank Silk Vey”dır. Bankda satış qiyməti 1,6042manatdır.

Avro qiymətləri

Avronu ən baha “Nikoyl Bank”alır– 1,7176manata. Avronun ən ucuz götürüldüyü bank “Yapı Kredi Bank (Azərbaycan)”- 1,6491 manata. Avronu ən ucuz “Bank VTB (Azərbaycan)” satır – 1,7780manata. Avronun ən baha satıldığı banklar isə “Azərbaycan Beynəlxalq Bankı”, “Bank Silk Vey”, “Nikoyl Bank”, “Rabitəbank” və “Zaminbank”dır– 1,7863  manata. 

Banklarda dollar və avronun alış-satış qiymətləri ilə buradan tanış ola bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274