BANK

Dollar və lirədə dəyişiklik - HƏFTƏNİN VACİB XƏBƏRLƏRİ
04 İYUL
3418

Dollar və lirədə dəyişiklik - HƏFTƏNİN VACİB XƏBƏRLƏRİ

2016-07-04 10:31:00

Yeni başlayan həftə ərzində dünyanın maliyyə bazarlarında mühüm yeniliklər baş verə bilər. Fins.az «İnvestAz» investisiya şirkətinin analitiklərinə istinadən həftənni gözlənilən mühüm hadisələrini təqdim edir.

Bu həftə də dollardan asılı valyutaların qiymətində hərəkətlilik gözlənilir

Bu həftə Amerika Federal Ehtiyat Sisteminin (FED) pul-kredit siyasəti üçün önəmli, Amerikanın əmək bazarı ilə bağlı iqtisadi göstəricilər açıqlanacaq. Bunlar işsizlik və dünya birjalarında böyük hərəkətliliyə səbəb olan və dünya investorları tərəfindən böyük maraqla izlənilən "NFP" xəbərləridir.

Türk lirəsi üçün mühüm xəbər açıqlanacaq

Bu həftə Türkiyənin maliyyə bazarları Ramazan bayramı münasibətilə cümə axşamı gününə kimi işləməsə də, Türkiyədə önəmli məlumatlardan sayılan inflyasiya səviyyəsinin açıqlanması gözlənilir.

EUR/USD cütlüyü daha da ucuzlaşa bilər

Avropa Mərkəzi Bankı illərdir 2%-lik inflyasiya səviyyəsinə çata bilmir və bu, maliyyə bazarlarında aktual mövzudur. Bu səbəblə cari həftənin cümə axşamını investorlar böyük maraqla gözləyirlər, çünki Avrozonanın iyun ayı üzrə inflyasiya səviyyəsi açıqlanacaq. Eyni zamanda, bu həftə Avrozonanın işsizlik və istehsal sektoru ilə bağlı məlumatlar da yayımlanacaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274