BANK

"Texnikabank"ın əmanətçilərinə kompensasiya ödənildi - AÇIQLAMA
04 İYUL
245

"Texnikabank"ın əmanətçilərinə kompensasiya ödənildi - AÇIQLAMA

2016-07-04 09:30:00

Seçilmiş agent banklar tərəfindən sığorta hadisəsi baş vermiş "Texnikabank" ASC-nin sənədləri qaydasında olan əmanətçilərinə 118 mln. 916 min manatdan artıq kompensasiya ödənilib. 

Fins.az-ın APA-ya istinadən məlumatına görə, bunu Əmanətlərin Sığortalanması Fondundan məlumat verilib. 

Qorunan əmanətçilərindən ərizələrin qəbuluna 12 fevral 2016-cı il tarixindən etibarən agent bankların filiallarında başlanılıb. 

"Texnikabank" ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün agent bank olaraq dörd kommersiya bankı seçilib. 

Fond əmanətçilərin ərizələrini sığorta hadisəsi baş verdiyi gündən başlayaraq 1 il ərzində qəbul edir.

"Texnikabank" ASC-nin qorunan əmanətçilərinə 100% həcmində, lakin 30 min manatdan çox olmamaq şərti ilə kompensasiya ödənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271